“Doğuşdan sonra depressiya

Doğuşdan sonra depressiya

Ana olmaq bir çox gözəl duyğunu bir anda yaşatsa da, kədər, qayğı kimi hisslərə də yol açır və sizdə əhval dəyişikliyi yaradır. Qadın xəstəlikləri mütəxəssisi, ginekoloq Seval Daşdəmir doğuşdan sonra gizlicə başlayan depressiya və psixoz periodunun bir neçə ay içində düzəldiyini, lakin bəzi analarda 1-2 ilə qədər davam etdiyini açıqladı. Hamiləlik müddətində artan estrogen və progesteron hormonlarının doğuşla bərabər ani olaraq azalmasının yol açdığı problemlərdən biri də triod pozulmasıdır. Bundan başqa folat əskikliyi də depressiyaya gətirən səbəblərdən biridir. Bioloji amillərdən başqa psixososial səbəblər də doğuş sonrası depressiyaya gətirib çıxarır. Həyatlarını özlərindən çox başqalarının idarə etdiyini düşünən analar yüksək risk qrupundadır. Hamiləliyin bitməsi, ananın uşaqla olan fiziki yaxınlığının artıq olmaması (biri-biriylə olan bağlantının aradan qalxması) anada sevdiyi birini itirməsi hissini xatırladır. Keçmişdəki sıxıntıları (depressiya, qayğılar), evliliklə bağlı problemləri, ailəsində olan xəstəlik hekayələri, evli olmama, istənməyən hamiləlik, ana olmağa hazır olmama, ilk hamiləlik, doğum qorxusu, social dəstəyin olmaması doğuş sonrası depressiya olmağında böyük rol oynayır.
Doğuşdan sonra yaranan depresiyyanın əlamətləri:

  • Şiddətli kədər və boşluq hissi, vecsizlik
  • Yorğunluq, enerji əskikliyi
  • Ailə, dost ya d a zövq aldığınız şeylərdən uzaq durmaq
  • Uşaqlarının sevilmədiyi, uşaqlarının qidalanması, yuxu rejimi ilə bağlı narahatlıqlar
  • Uşağa zərər vermə qorxusu
  • Fokuslanma problem
  • Yaddaş zəifliyi
  • Psixomotor hərəkətlərdə artış, yerində dura bilməmə
  • Narahatlıq, əsəb, sıxıntı, durduq yerə ağlama, panikaya düşmə
  • İştahsızlıq, çəki azalması, yuxusuzluq
  • Uşaqla maraqlanmaq istəməmək, uşağı öldürməklə bağlı düşüncələr
  • Xoşbəxt olmalı olduğu halda sıxıntılı, kədərli olub özünü günahkar hiss etmə

Bəs hansı yaş kateroqiyasına aid insanlar depressiyaya düşür?

  • Yeniyetməlikdən dərhal sonra hamilə olan qadınlarda bu risk 30% və ya daha çoxdur. Keçmişdə depresiyya yaşamış qadınlarda isə bu risk 25%-dir.
  • Əvvəlki hamiləliyində doğuşdan sonra depresiyya yaşayan qadınlarda risk 85%-dir.

Müalicəsi
Doğuşdan sonra depresiyyanın səbəbi tam olaraq bilinməsə də müalicəsi var. Boşluğa düşəndə istirahət etmək, uşaq yatdığında yatmaq, ailə fərdləri ya da dostlarından məsləhət almaq, hər gün müntəzəm olaraq çimmək, geyinmək və yürüş etmək bu vəziyyətə kömək edə bilər. Daha ağır depressive hallarda isə tibbi dəyərləndirmə aparılması və antidepressant, antipsixotik dərmanlar qəbul edilməsi lazım ola bilər. Bu barədə sosial dəstək də alına bilər. Doğuşdan sonrakı 40 gün önəmlidir. Bu müddət ananın sağalması periodudur və bu periodda ananın ətrafdakılar tərəfindən dəstəklənməsi önəmlidir.


Mənbə: http://www.hurriyetaile.com


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar