“Autizm və Empatiya: Autizmli Fərdləri Daha Yaxşı Anlamaq

Autizm və Empatiya: Autizmli Fərdləri Daha Yaxşı Anlamaq

Autizm nədir?

Autizm, sosiallaşma problemləri və sensor fərqlərlə xarakterizə olunan bir vəziyyətdir. Autizmli fərdlər, bizdən daha fərqli hiss edir, eşidir və görürlər. Bu xüsusiyyətlər, onların gündəlik həyatda qarşılaşdığı çətinlikləri anlamağımızı və onlara empatiya göstərməyimizi daha vacib edir.

Autizmli fərdlərin sensor fərqləri
Autizmli şəxslər ətrafdakı ən kiçik səsləri belə filtrasiya edə bilmədikləri üçün, xüsusən ictimai yerlərdə reaksiya vermələri daha gec ola bilər. Məsələn, adi bir səs bizə normal gələ bilər, lakin autizmli şəxs üçün bu səs narahatedici ola bilər. Bununla yanaşı, bəzi autizmli fərdlər siz ona toxunmaq istəyəndə gözlənilməz reaksiya verə bilərlər. Bu, toxunmanın onlara fiziki ağrı verməsindən irəli gəlir. Onlar toxunmanı, sanki yüksək hərarət zamanı hiss olunan qıcıqlanma kimi qəbul edə bilərlər.

Periferik görmə nədir?
Bəzi autizmli uşaqlarda "Mənə bax" dediyinizdə, sizə deyil, yan tərəfə baxırlarsa, bu "periferik görmə" ilə izah olunur. Bu, autizmli fərdlərin sensor məlumatları və qavrama sistemlərinin bizdən fərqli işlədiyini göstərir. Əgər siz hər zaman bütün səsləri eyni yüksək səslə eşitsəniz, hər toxunuşu narahatedici tapsanız, təbii ki, davranışınız fərqli olardı. Bu da autizmli fərdlərin gündəlik həyatda necə hiss etdiklərini təsəvvür etməyə kömək edir.

Autizmdə inkişaf etdirilməsi vacib olan sosial bacarıqlar
Autizmli fərdlərin sosiallaşma bacarıqlarını inkişaf etdirmək üçün dörd əsas sahəyə diqqət yetirilməlidir:

  1. Qeyri-verbal ünsiyyət;
  2. İnteraktiv diqqət diapozonu;
  3. Elastiklik;
  4. Verbal ünsiyyət.

Son-Rise Proqramı nədir?
Son-Rise Proqramı, autizmli uşaqlar və böyüklərlə işləmək üçün xüsusi olaraq hazırlanmış valideyn yönümlü bir terapiya metodudur. 1970-ci illərdə Kaufman ailəsi tərəfindən yaradılmış və onların oğlunun autizm diaqnozu qoyulduqdan sonra inkişaf etdirilmişdir. Proqramın əsas məqsədi, autizmli fərdlərlə onların dünyasına girərək əlaqə qurmaq və onların sosial bacarıqlarını artırmaqdır. Bu metodun digər terapiyalardan fərqli olaraq müsbət münasibət və sevgi dolu bir mühit yaratmağa yönəlməsi diqqət çəkir. Bu, uşaqların özlərini daha rahat hiss edərək inkişaf etməsinə şərait yaradır.

Azərbaycanda Son-Rise Proqramı
Hal-hazırda Azərbaycanda "Son-Rise" metodikası ilə fəaliyyət göstərən yeganə mərkəz "Strong Brain Academy"-dir. Bu mərkəz, autizmli fərdlərin sosial və sensor bacarıqlarını inkişaf etdirmək üçün peşəkar və sevgi dolu bir mühit təqdim edir.

Autizmli fərdləri anlamaq və onların gündəlik problemlərinə empatiya göstərmək cəmiyyətimizin daha inklüziv və anlayışlı olmasına kömək edir. Autizm və empatiya haqqında daha çox məlumat əldə etmək üçün mütəxəssislərdən dəstək almaq tövsiyə olunur.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!