Məktəb və universitetlər bağlandı. Gərgin bir tədris ilini geridə buraxan bir çox tələbə üçün bu, tətil və istirahət deməkdir. Əlbəttə tətil etmək önəmli və gərəklidir. Ancaq, yeni tələbəlik dönəmi başlayana qədər təxminən 2 aylıq bir zaman var və bunun tamamını tətil edərək keçirmək çox da məhsuldar bir qərar deyil. Hətta yeni tədris ilinə daha çox adaptasiya ola bilməməkdə, motivasiya itkisi kimi bəzi əskikləri də var.
Uğurlu bir karyera hədəfləyən gənc istedadlara yay tətilində səmərəli vaxt keçirmək üçün tövsiyələrimiz: könüllü işlərə qatılmaları, zehinlərini qidalandırmaları, səyahət, idman etmələridir.
1. Könüllü işlərə qatılın
Zamanınızın və enerjinizin bol olduğu yay tətillərində cəmiyyətə faydalı olacaq bir şey etmənin xoşbəxtliyini yaşamaq bənzərsiz bir təcrübədir. Üstəlik bunu edərkən professional həyatda da çox faydalı olacaq təcrübələr qazanacaqsınız.
2. Bacarıqlarınızı inkişaf etdirin
Karyera planlarınıza uyğun bacarıqlara nə qədər sahibsiniz? Nələri öyrənməlisiniz? Hansı mövzuda əskikləriniz var? Bunları aydınlaşdırdınız, amma bununla bağlı olaraq bir addım da atacaq zamanınız da olmadısa yay tətili özünüzə investisiya etmək üçün bənzərsiz fürsətdir. Artıq uyğun təhsil proqramlarıyla əskiklərinizi tamamlaya bilərsiniz. Unutmayın ki, marketinqdən, prezentasiya texnikasından, xarici dildən, kodlamaya qədər bir çox mövzuda ödənişsiz online təhsil qaynaqları mövcuddur. Sizə qalan sadəcə zaman ayırmaq və öyrənməkdir.
3. Zehninizi qidalandırın
Teatra, filmə ya da bir muzeyə getmək və ya kitab, jurnak, qəzet, məqalə, şer oxumaq kimi bir çox üsulla beyninizi qidalandıra bilərsiniz. Söz bazanızı genişləndirmək, hadisələrə və situasiyalara qarşı yeni baxış bucağı qazanmaq və bir çox yeni şey öyrənmək kimi sonsuz avantajı olan bu məşğuliyyətləri edərkən əyləncəli zaman keçirəcəksiniz.
4. Səyahət edin
Qısa ya da uzun səyahətlər eləmək üçün yay tətili bənzərsiz bir fürsətdir. Getdiyiniz yerlərin tarixi və mədəni özəlliklərini öyrənmək, yeni ləzzətlər dadmaq, yeni insanlar tanımaq kimi hadisələr sizi inkişaf etdirəcək.
5. İdman edin
Sahib olduğunuz tək bir bədəniniz var və ona çox yaxşı baxmalısınız. Sağlıqlı olmadan uğurlu olmaq çox mümkün deyil. Unutmayın, müntəzəm idman etmək və bununla birlikdə qazanacağınız disiplin, sağlıqlı qidalama, yuxu, fit və enerjik bir bədən uğurunuzun təməl açarı olacaq.