“SupAutism – Autizmli uşaqların valideynləri üçün ilk dəstək platforması istifadəyə verilir

SupAutism – Autizmli uşaqların valideynləri üçün ilk dəstək platforması istifadəyə verilir

SupAutism platforması autizmli uşaqların valideynlərinə psixoloji, pedaqoji və sosial dəstək göstərmək məqsədi ilə fəaliyyətə başlayır. Layihə Azərbaycan Gənclər Fondunun “rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi seçilərək, rəqəmsal sahədə innovativ sosial dəstək layihəsi kimi rəsmi şəkildə dəstəklənir.

Layihənin əsas məqsədi valideynlərin məlumat əldə etməsini asanlaşdırmaq, ilkin mərhələdə düzgün istiqamət göstərmək və cəmiyyətdə autizm barədə maariflənməni artırmaqdır.

SupAutism platforması valideynlər üçün aşağıdakı funksiyaları təqdim edir:
- Autizm üzrə ilkin məlumatlandırıcı bölmə
- Uşaq davranış testləri
- Valideynlər üçün addım-addım təlimat və tövsiyələr
- Autizmli uşaqların gündəlik həyatını asanlaşdıran praktik materiallar

Layihənin rəhbəri Sənan Mirzəyev bildirir:

“Bu layihəni yaratmaqda əsas məqsədimiz valideynlərin tək olmadığını göstərməkdir. Autizm xüsusi yanaşma tələb edir və biz bu yolda ailələrə real dəstək olmaq istəyirik.”

SupAutism komandası psixoloq, proqramçı, pedaqoji rəhbər və SMM mütəxəssisindən ibarətdir. 

Bu nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır. Fond nəşrin məzmununa görə məsuliyyət daşımır.

Əlaqə üçün:
Email: [email protected]
Telefon: +994 10 435 49 59
Instagram: @sup.autism


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar