“Asılılıq haqqında nə bilirik? İnsan necə asılı / alüdəçi olur?

Asılılıq haqqında nə bilirik? İnsan necə asılı / alüdəçi olur?

Asılılıq haqqında nə bilirik? Bir insan necə narkotik asılılığına yaxalanır? Təbii ki, narkotik qəbul edərək. Əgər siz 20 gün müddətində heroindən istifadə etsəniz, bədəniniz 21-ci gün onu sizdən tələb edəcəkdir. Lakin asılılıq haqqında bilməyimiz gərəkən başqa şeylər də var. Məsələn, siz ayağınızı qırsanız sizə xəstəxanada diamorfin vurulacaq. Diamorfin çox güclü heroindir. Hal-hazırda xəstəxanalarda 100lərlə insan günlərcə, hətta həftələrcə diamorfin qəbul etməkdədir və onların heç biri asılı olmayacaq. Asılılığı araşdırmaq üçün bu günümüzə qədər müxtəlif testlər və təcrübələr keçirilmişdir. Onlardan biri Bruce Alexandre adlı psixoloq professorun keçirdiyi təcrübədir.

Deməli, Bruce ilk olaraq bir siçovulu qəfəsin içinə yerləşdirir və qəfəsə su və heroinlə qarışdırılmış su qoyur. Siçan isə hər dəfəsində normal suyu deyil, özünü öldürənə qədər çirkləndirilmiş suyu içir. Daha sonra psixoloq siçovulu tək deyil, başqa siçanlar, toplar və s. olan siçovul parkı hətta cənnəti deyə biləcəyimiz bir qəfəsə yerləşdirir, hansı ki, siçovullar orada oynaya və cütləşə bilər. Bu zaman da qəfəsə əvvəlkinin eyni ilə su və heroinli su əlavə edilir və siçovulların heç biri heroinli suyu içmirlər. Bu testin sadəcə siçovullar üzərində işlədiyini düşünə bilərik, lakin eynisi insanlar üzərində də eyni təsiri bağışlayır. Buna misal olaraq Vietnam savaşını götürə bilərik. Bu savaşda amerikalı əsgərlərin 20%i heroindən istifadə edirdi və Amerika əhalisi savaş bitdikdən sonra ətrafda yüzminlərlə heroin asılılığına yaxalanmış insan olacağı barədə əndişələnirdi. Lakin bu halların heç biri baş vermədi, savaşdan qayıdan insanların 95%i heroin istifadəsini reabilitiasiya olunmadan dayandırdı. Çünki tanımadığınız bir ölkədə ölümlə üz-üzə buraxıldığınız zaman heroin istifadə etmək vaxt keçirtmək üçün ən gözəl məşğuliyyət ola bilər, eyni ilə ilk qəfəsdəki tək buraxılmış siçovul kimi.

Asılılıq sadəcə, heroinə aid deyil. Ətrafımızda başqa-başqa şeylərdən asılılığı olan milyonlarla insan var. Sosial şəbəkələr, alkoqol, pornografiya, video oyunlar, yemək, alış-veriş və s. Yuxarıdakı nümunələrdən də gördüyümüz kimi insanların bu asılılığa düçar olmaması üçün biz də insan “siçovul cənnəti” yaratmalıyıq. İnsanları asılılığa vadar edən onların təmkinsizliyi, iradəsizliyi deyil, qopan əlaqələr və tərk edilmişlik hissidir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!