Köhnəlmiş mətbəx əşyalarınızı kiçik toxunuşlarla dəyərləndirə bilərsiniz. Necə? Ətraflı məqaləmizdə.
Köhnə və artıq istifadə edilməyəcək əşyalarınızı dəyərləndirmək istəyərdinizmi? Dəsti qırılan fincanlar, telləri xarab olmuş çırpıcı alətiniz və ya artıq işləməyən qəhvə maşınınızın şüşəsi... Hamısını həyata yenidən qaytara bilərsiniz. Təbii ki, funksional bir şəkildə.
Tək etməli olduğunuz içinizdəki yaradıcılığı ortaya çıxarmaqdır. İstifadə etmədiyiniz tava, mətbəxiniz üçün gözəl bir saata çevrilə bilər. Ya da qırılan fincan dəstini şamdan kimi istifadə etmək olar. Bir çox əşyanızı ev dekorasiyanız üçün yenidən həyata qaytara və ya sevdiklərinizə hədiyyə edə bilərsiniz. Gəlin sizin üçün seçdiklərimizə birlikdə nəzər salaq.