Burun əməliyyatı edənlərin sayı günü-gündən çoxalır. Demək olar ki, saç rəngləmək qədər geniş yayılan bu əməliyyatlar üçün həkimlər diqqət edilməli mövzular haqqında danışır. Estetik cərrah Dr.Dəfnə Ərqara burnun estetik əməliyyatlarının planlanmalı olduğunu deyərək əməliyyatdan əvvəl və sonra nələrə diqqət etməli olduğumuzu sıraladı. Leydi.az-ın CNN Türkə istinadən verdiyi xəbərə görə əməliyyatdan sonra bu 5 məqamə önəm verməlisiniz.
Siqareti tərgitməlisiniz
Siqareti əməliyyatdan 2 həftə əvvəl tərgitməkdə fayda var. Eləcə də əməliyyatdan sonra 3-4 həftə istifadə etməməlisiniz. Siqaret yaraya sağalma müddətində mənfi təsir göstərə bilər.
Su dəyməməsinə diqqət edin
Əməliyyatdan sonra 1 həftə işə getməyin. Hətta bəzən bu müddət daha da çox ola bilər. 1 həftə burna su dəydirmək qadağan olduğu üçün çimə bilməzsiniz, sadəcə bədəninizi yuya bilərsiniz. Saçınızı da burnunuza su dəymədən gözəllik salonunda başınızı arxaya tərəf qoyaraq yudurda bilərsiniz.
Ağır idmanla məşğul olmamalısınız
Ağır idman növlərinə 1 ay ara vermək lazımdır. Yürüş kimi yüngül idmanlar isə 2-3 gündən sonra olar. 1 ay dənizə, hovuza, saunaya gedə bilməzsiniz. Ən azı 6 ay günəş qəbul edərkən və çölə çıxarkən yüksək qoruma faktoru olan günəşdən qoruyucu krem istifadə etməlisiniz. 1-6 ay arası eynək istifadə etmək olmaz. Əgər eynək mütləqdirsə yüngül eynəklərdən istifadə edin. 1 ay boyunca ağırlıq qaldırmayın.
Əməliyyatdan sonra avtobus, metro kimi ictimai nəqliyyatdan istifadə etməyin
Bu zaman kimsə bilmədən burnunuza dəyə və zədələyə bilər.
İstədiyiniz görünüşə qovuşmağınız üçün 6 aya qədər vaxt lazım ola bilər
Burun əməliyyatından dərhal sonra yeni burnunuzun istədiyiniz kimi olacağını düşünməyin. Çünki ilk 1 həftə burun içində tampon, üzərində isə gips olur. İkinci həftə burun üstü bantlarla keçir. İlk 3 gün yüngül ağrı, ilk həftə isə çoxlu şişkinlik və göyərmələr ola bilər. Burundakı bütün şişlərin çəkilib normal olması 6 aya qədər uzana bilər. Hətta burun dərisi qalındısa bu müddət 18 aya qədər uzana bilər.