Bir çoxlarının tərəvəz olaraq tanıdığı balqabaq, əslində meyvədir. Tərkibindəki vitaminlər və faydaları isə saymaqla bitmir. A, C, K, B2, B3, B6 vitaminləri ilə zəngin olan bu meyvə ilə hazırlayacağınız asan, ləzzətli və faydalı yeməklərdən biri də balqabaq kotletidir.
Ərzaqlar:
500 qram balqabaq
şüyüd
yaşıl soğan
cəfəri
3 ədəd yumurta
3 yemək qaşığı un
duru yağ
duz
istiot
Hazırlanması:
Balqabağı doğrayıb rəndələyirik. Daha sonra yaşıllıqları incə-incə doğrayırıq. Un, yumurta, duz və istiotu bir qaba töküb qarışdırdıqdan sonra balqabaq və göyərtiləri tökürük. Daha sonra kotlet halına gətirib hər iki üzünü də bişiririk. Soyuq və ya isti halda servis edə bilərsiniz. Nuş olsun!