“3 addımda bohem tərzi toy

3 addımda bohem tərzi toy

Bu trendə uyğun gül ideyaları ilə toyunuzu bəzəyin!

Pinterestin axtarış bazasının məlumatlarına əsasən, gəlinlər güllü dekorları doğrudan da çox sevir. Buna görə onları qınamaq olmaz! Klassik nikah mərasimi və öyrəşdiyimiz toy stili çox sıxıcıdır. Buna görə də gəlinlər öz toylarına dinamizm əlavə etmək, yeni möhtəşəm görüntülər yaratmaq üçün gül dekorasiyalarına üstünlük verir.

 

1-ci addım - Asılmış Çiçəklər

Məkanın boşluğunu asılmış çiçəklərlə doldurun! Hər şeyi vazalarda və ya qablarda yerə və ya stollara qoymaq əvəzinə, öz oturduğunuz yerin ətrafına və ya qonaq stollarının üstündən sallayın. Bu qonaqların diqqətini yuxarının dekorasiyasına çəkməyin və hər hansı əlavə işıqlandırmaya pul xərcləməməyin ən yaxşı yoludur.

 

 

 

 

2-ci addım - Güllü Kokteyllər

Möhtəşəm gününüzün hər detalında çiçəklərə yer verin! Kokteyllərinizin içinə əlavə edəcəyiniz güllər yay toyuna bohem tərzi gözəllik verəcək!

 

 

 

3-cü addım - Gül Buketiniz Protealı olsun!

Gül buketinizdə Protea gülünə yer verin, buraxın göz qamaşdırsın! Bu gül öz maraqlı forması və rəngi ilə bohem tərzli toyunuzun konseptini tamamlayacaq.

 

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!