“Uşaq otağı dekorasiyasında divar rəngləri necə olmalıdır?

Uşaq otağı dekorasiyasında divar rəngləri necə olmalıdır?

Aparılan elmi araşdırmalara əsasən rənglərin zehni inkişafa, yaradıcılığa, məhsuldarlığa, öyrənməyə təsiri olduğu müəyyən edilib.
Rənglərin insan psixologiyası və fiziologiyasi üzrə təsiri elmi olaraq təsdiqlənmişdir. Uşaqların geyimindəki və ya otaqlarındakı rəngləri onların cinsiyyətinə görə seçməyin. 
Uşaqlar həyatlarının bütün sahələrində rəngləri görməyi sevirlər. Oğlan uşağı üçün mavi, qız uşağı üçün isə çəhrayı rəng sxemləri hazırlamaq heç də düzgün deyil. Uşaqlar üçün hazırlanan məkanlarda bütün rənglər, xüsusilə qırmızı, mavi, yaşıl (əsas rənglər) rənglər balanslı şəkildə divar və əşyalar arasında bölüşdürülməlidir. 
Rənglərdə açıq və tünd ton fərqlilikləri də yaradılmalıdır.
 
Uşaq otaqları: içərisində uşaqların əylənə biləcəkləri, rahat və sağlam bir yuxu üçün göz yormayacaq şəkildə dizayn edilməlidir. Uşaqlara uyğun mebel və əşyaların seçildiyi, şəxsi inkişaflarına faydası olan bir mühit yaradılmalıdır. Uşaq otağı dekorasiyası üçün canlı rənglərin istifadəsi onların  yaradıcılıq dünyasına hərəkət qatmaq üçün əlverişli ola bilər. Amma, hər rəng uşağınızın xarakterinə uyğun olmaya bilər. Necə ki, hər insanın bəyəndiyi rənglər xarakterinə və zövqünə görə dəyişirsə, uşaqlar üçün hazırlanan otaqların da onların şəxsi xüsusiyyətlərinə uyğun rəngləndirilməsi və dizayn edilməsi əhəmiyyətlidir.
 
Otaqda istifadə olunan rəng sayının çox olması qavrama çətinliklərinə, diqqətin pozulmasına və göz yorulmasına səbəb olur. Rəng sayının məhdud tutulması (3 - 5), rəng uyğunluğunun daha mənalı olması deməkdir.
Uşaqlarınız üçün günəş görən, nəm olmayan, hər gün havalandıra biləcəyiniz bir otaq seçməlisiniz.
 
Zehni və fiziki inkişafda rənglərin əhəmiyyəti
 
Qırmızı rəng: Enerji verir, stimullaşdırıcı və iştah açan bir rəngdir.
 
Çəhrayı rəng: Qırmızı rəngə nəzərən daha az təsirə malikdir. Sakitliyi və xoşbəxtliyi təmsil edir.
 
Narıncı rəng: Canlılıq, enerji və əyləncəni təmsil edir. Həzm və immunitet sisteminə təsir edir.
 
Sarı rəng: Ruhlandırıcı, stimullaşdırıcı bir rəngdir.
 
Mavi rəng: Rahatlıq verir, sakitləşdirici təsiri var, azadlığı təmsil edir.
 
Yaşıl rəng: Sakitləşdirici, yaradıcılığa müsbət təsiri olan və inam hissini təmsil edən bir rəngdir.
 
Bənövşəyi rəng: Məsuliyyət və səlahiyyət hissi olan, istək və hərəkətləri azaldan bir rəngdir.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar