Dünəndən qalan, bayat çörəklərdən istifadə edərək ləzzətli börək hazırlamaq istəyirsinizsə, buyurun məqaləmizi oxuyun!
Ərzaqlar
• Bayat çörək
• Qatıq
• Mayonez
• Yumurta
• Ağ pendir
• Holland pendiri
• Duru yağ və ya kərə yağı
Hazırlanışı
Soba qabına bayat çörəkləri dilimləyib qoyuruq. Qatığı bir qaba töküb, içinə 2 qaşıq mayonez, 3 yumurta və yağ əlavə edib qarışdırırıq. Düzdüyümüz çörəklərin üzərinə ağ pendir rəndələyib, hazırladığımız qatığı üzərinə töküb sobaya yerləşdiririk. Qatıq qatılaşmağa başlayanda sobadan çıxarıb digər pendiri rəndələdikdən sonra yenidən sobaya veririk. Üzərindəki pendir də qızardıqdan sonra çıxarıb servis edə bilərsiniz. Nuş olsun!