“"Dolce & Gabbana"dan hicab kolleksiyası

"Dolce & Gabbana"dan hicab kolleksiyası

İtaliyanın məşhur moda evi Dolce & Gabbana ilk hicab kolleksiyasını hazırladı. Milan mərkəzli moda evinin şərq üçün hazırladığı kolleksiyada markanın artıq klassikaya çevrilən çiçək və işləməli naxışları uzun geyimlər və baş örtüyü ilə birləşdirildi.

Dolce & Gabbana'dan hicab kolleksiyası

Kolleksiyanın gələn il Oktyabr ayından etibarən Birləşmiş Ərəb Əmirliklərində satışa çıxarılması gözlənilir.

Gabbana keçən İyun ayında etdiyi bir açıqlamada baş örtüyünün də daxil olduğu bir geyim kolleksiyası üzərində işlədiklərini bildirmişdi.

Dolce & Gabbana'dan hicab kolleksiyası

Stefano Gabbana öz instagram hesabından kolleksiyaya aid şəkil yayımladı. Bu paylaşıma gələn şərhlərdə bəziləri moda evini təbrik etdi, bəziləri isə dəstəkləmədiyini bildirdi.

Bəzi sosial media istifadəçiləri hicabın dəbdəbə və cəlbedicilikdən uzaq olmağa xidmət etdiyini vurğuladı, digər bir qisim isə hicablı qadınların artıq Dolce & Gabbana imzalı geyimlər geyə biləcəyindən məmnunluq duyduğunu söylədi.

Dolce & Gabbana'dan hicab kolleksiyası

Qeyri-rəsmi məlumatlara görə isə modasevərlər "Dolce & Gabbana"nın bu yeni kolleksiyasındakı hər bir geyimə 695 - 7.000 dollar aralığında dəyişən qiymətlərlə sahib ola biləcək.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!