Bürclər aləmində ikili xarakterli tanınan Əkizlərə sevgi münasibəti uzaqdır. Sosiallaşmaq, dostları ilə vaxt keçirmək onun üçün çox vacibdir. Bu səbəblə Xərçəng və Balıq kimi həssas və sakit bürclərlə yola getməkdə çətinlik çəkirlər. Ancaq onun kimi sosial bir bürc olan Dolça onun qədər hərəkətli və çətin bir xarakterə sahibdir. Dolça sevgi münasibətinə uzaq bürcdür. O, subaylığına düşkündür. Ümumilikdə öz ayaqları üstündə durmağa çalışır və evlənmə mövzusu onlar üçün arxa plandadır. Bu xüsusiyyət Əkizlər üçün də keçərlidir. Onlar üçün evlilik arxa plandadır. Bürclər aləmində ən gec sevə bilən bürc Əkizlərdir. Dolça bürcü Əkizləri hərəkətləri ilə cəlb edə bilsə, ikili üçün gözəl münasibət başlayacaq. Bu münasibətin uzun ömürlü olub-olmaması tamamilə cütlüyün əlindədir. Bir-birlərindən sıxılmamaları üçün çətini seçməməlidirlər.