“Əqrəb və Oğlaq bürcü uyğunluğu

Əqrəb və Oğlaq bürcü uyğunluğu

Bürclər dünyasında bəlkə də Əqrəbi ən dərindən təsirləndirən bir bürc varsa, o da Oğlaqdır. Oğlaq bürcünün qapalı bir qutu olduğunu bilməyən yoxdur. Xaricdən buz kimi soyuq, ancaq içərisində isti insanlardır. Əqrəb bürcü ilə güclü bir münasibət yaşayacaqdır. Hər ikisi də sevgiyə böyük əhəmiyyət verir. Ancaq Oğlaqlar Əqrəblər kimi bunu hər kəslə yaşaya bilməz. Onun bu rəftarı Əqrəbi cəlb etməyə bəs edəcək. Əqrəblər baxımlı insanlardan xoşlanır. Oğlaqlar isə özünə çox vaxt ayırır və gözəllik anlayışı onun üçün çox əhəmiyyətlidir. Hamının onu bəyənməsini istəyir və buna nail də olur. Onun bu cəlbediciliyi Əqrəbdə onu əldə etmə istəyi oyandıracaq. Əqrəb və Oğlaqın uyğunluğu üçün 10 üzərindən 8 bal vermək olar.

Əqrəb bürcü əldə edə bilmədiyi şeylərə qarşı böyük bir istək duyur. Oğlaq bürcü bu məqamda onun aşiq ola biləcəyi bir insandır. Çünki onu asanlıqla əldə etmək mümkün deyil. Bu da onu Əqrəb bürcünün əldə etmək istəyəcəyi bir insana çevirir. Əqrəbin əldə etmə istəyi onun qarşısındakı insandan nə qədər təsirləndiyini göstərir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar