“İtaliyan toy supu

İtaliyan toy supu


Dünya mətbəxinin həm ləzzətli, həm də faydalı yeməklərindən biri olan İtaliyan toy supu resepti və hazırlanması. 

Ərzaqlar:

1 soğan
1/3 stəkan qıyılmış cəfəri
1 yumurta
1 diş sarımsaq
duz
qara
bibər
yarım stəkan rəndələnmiş
parmezan pendiri
300 q qiymə
8 stəkan
toyuq suyu
1 dəstə doğranmış ispanaq
1.5 stəkan ulduz şəhriyə

Hazırlanması


Küftə üçün rəndələdiyiniz soğan, cəfəri, yumurta, əzdiyiniz sarımsaq, duz və istiotu geniş bir qabda qarışdırın. Rəndələdiyiniz parmezan pendirini və qiyməni də əlavə edib yoğurun. Qarışdırdıqdan sonra kiçik küftələr düzəldib yağlı kağıza yığın. Sup üçün toyuq suyu və doğradığınız ispanağı bir qazanda qaynadın. Küftələri də əlavə edib qarışdırın. Ulduz şəhriyələri də təxminən 20 dəqiqə qarışdıraraq bişirin. Duz və istiot əlavə edib ocaqdan götürün. İsti-isti servis edin. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!