“Toyuqlu burger

Toyuqlu burger

Ərzaqlar:

Hamburger çörəyi üçün:

-  1 ədəd yumurta

-  1 stəkan ilıq su

-  2 çay qaşığı maya

-  1 yemək qaşığı şəkər tozu

-  1 çay qaşığı duz

-  3.5 – 4 stəkan un

Üzəri üçün:

-  1  çay qaşığı qatıq

Kotleti üçün:

-  2 ədəd toyuq sinəsi

-  1 ədəd soğan

-  1 diş sarımsaq

-  Reyhan

-  Suxarı unu

-  1 dəstə cəfəri

Arası üçün:

Pomidor, soğan, turşu, kahı, holland pendiri

Hazırlanması:

  1. Yumurta, su, duz, şəkər tozu və mayanı dərin bir qabda qarışdırın, içərisinə unu az-az əlavə edərək yoğurun.
  2. Qabın üzərini hava almayacaq şəkildə bağlayın, 1 saat gözləyin.
  3. Xəmirdən qozdan biraz böyük  hissələr ayırıb, yağlı kağız sərdiyiniz soba qabına düzün və ayırdığınız xəmirləri əlinizlə yüngülcə düzləşdirin.
  4. Üzərlərinə qatıq çəkin. Bu şəkildə 30 dəqiqə saxlayın.
  5. Əvvəlcədən 190 dərəcə temperatur ilə qızdırılmış sobada üzərləri qızarana qədər bişirin.
  6. Kotlet üçün toyuğu qiymə halına gətirin.
  7. Qiymənin içərisinə doğranmış soğan, cəfəri və ədviyyatları və sonda suxarı unu əlavə edin.
  8. Yoğurduğunuz kotlet içliyindən kiçik kotletlər hazırlayın. İçinin bişməsi üçün çox qalın olmamasına diqqət edin.
  9. Yağsız  yanmaz-yapışmaz tavada kotletlərin 2 tərəfini də qızardın.
  10. Çörəklərin arasına ketçup və mayonez  çəkdikdən sonra kotletləri yerləşdirib, zövqünüzə uyğun olaraq kahı, pomidor, soğan, holland pendiri əlavə edərək servis edə bilərsiniz.

Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!