“Negativ düşüncələrdən necə qurtulmaq olar?

Negativ düşüncələrdən necə qurtulmaq olar?


Bədbəxtliyimizin ən böyük səbəblərindən biri də mənfi enerjili düşüncələrimizdir. Başımıza gələn bütün pis şeyləri qara düşüncələrlə özümüzə yaxınlaşdırırıq. “Belə olacağını bilirdim” deyərək eyni xəyatı milyonuncu dəfə edirik. Halbuki, düşüncə tərzimizi dəyişsək, nə qorxduğumuz başımıza gələcək, nə də pis nəticələrlə qarşılaşmaq kimi şansımız olacaq. Neqativ düşüncələrdən qurtulmağa çalışsanız da onlara ilişib qalaraq daha çox neqativ şeylər düşünməyə başlayırsınızsa, necə edəcəyini bilmirsiniz demək ki. Bunun üçün sizə bəzi tövsiyələrimiz var!
Yuxu rejiminizə diqqət edin!
Neqativ düşüncələrdən qurtulmaq üçün ilk edəcəyiniz şey həmişə qaydasında olan yuxu rejimi yaratmaqdır! Çünki yuxu periodumuzun qaydasında olması sizi mənfi düşüncələrin əsiri olmaqdan qurtaracaqdır. Bunun üçün hər gün eyni vaxtlarda yatıb durmalı və gün ərzində 6-8 saat yatmalısınız.
Neqativ düşüncələrinizi yazın!
Zehninizi qarışdıran və içinizi yeyən neqativ düşüncələrdən qurtulmaq istəyirsinizsə, onları bir kağız və qələm yardımı ilə vərəqə yazın. Ağlınızda keçən bütün neqativ düşüncələrə icazə versəniz, onlarla savaşa bilməzsiniz. Yazmaq üzərinizdəki yükün yüngülləşməsinə səbəb olacaqdır. Məsələn, sevgilinizə, yaxın dostunuza zəng edirsiniz, amma cavab vermir və siz başına bir şey gəlmiş olduğundan narahatsınızsa, o zaman ağlınızdan keçənləri yazın. “Başına bir şey gələ bilər” düşüncəsi ilə başına gələ biləcək şeyləri məntiqli şəkildə tapın. “Bəlkə telefonunu yanında götürməyi unudub” tipli cavablar yaza bilərsiniz. Hadisələrə bu şəkildə pozitiv baxmağı öyrənə bilərsiniz.
Neqativ düşüncələrə fokuslanmaq əvəzinə həqiqi həyata fokuslanmağa çalışın!
Pis düşüncələrdən qurtulmaq istəyirsinizsə, onları vecinizə almamalısınız. Onların sizi məşğul edib yormasının qarşısını almalısınız. Məsələn bütün il boyu hazırlaşdığınız imtahanı keçə bilməyəcəyinizi düşünmək əvəzinə daha pozitiv düşünüb, bütün il boyu imtahana hazırlaşa bilərsiniz. Həmin an əlinizdəki imkanlara foksulansanız, həyatınız daha yaxşı olacaqdır.
Hadisələrə yaxşı tərəfindən baxın!
Daima neqativ şeylər düşünmək özünüzdən başqa heç kimə nə zərər verəcək, nə də faydalı olacaq. İnsan istəsə hər bir şeydə neqativ şey tapa bilər. Eyni ilə hər şeydə pozitiv bir şey tapa biləcəyimiz kimi. Bunun üçün də neqativləri düşünmək yerinə pozitivəri görüb, düşünməyə çalışın.
Neqativ düşüncələr üçün vaxt ayırın!
Bəli, gün boyunca ağlınıza gələn neqativ düşüncələrə “indi bunun yeri deyil” deyərək beyninizə siqnallar ötürmüş olacaqsınız. Neqativ şeylər düşünmək üçün gündə 15-20 dəqiqənizi ayıra bilərsiniz. Bunun üçün sizə ən uyğun vaxtlar günorta saatlarıdır. Müəyyən müddət keçdikdən sonra özünüzə daha çox hakim olduğunuzu görəcəksiniz və artıq neqativ düşüncələr üçün vaxt ayırmağınıza da gərək qalmayacaq.
Ətrafınızda pozitiv düşünən insanlara yer verin!
Tez-tez neqativ düşüncələrin hücumuna məruz qalırsınız və özünüzü bu düşüncələrin içində çırpınarkən tapırsınızsa, o zaman ətrafınızdakı insanları gözdən keçirməlisiniz. Ətrafınızda davamlı melanxolik, bitmək bilməyən dərdləri ilə sizi yeyib bitirən, dünyanın bütün yükünü çiyinlərində daşıyırmış kimi görünən insanlar varsa, “başıma gəlməyən qalmadı” kimi cümlələrə danışmağa başlayan və bütün həyat enerjinizi alan dostlara sahibsiniz? Atalarımız yaxşı deyib “ üzüm üzümə axaraq qaralar” yəni neqativ düşüncələr də insandan insana keçir. Həyatınızdakı neqativ düşünən insanlardan qurtulmalısınız.
Zamanınızın qiymətini bilin!
Həyatınızın nə qədər qısa olduğunu və axın gedən bir dəqiqənizi belə geri qazana bilməyəcəyinizin fərqinə varın. Ömrünüzü mənfi düşüncələrlə keçirməkdənsə, sahib olduqlarınızın dəyərini bilərək hər anınızın həzzini yaşayın. Ən dəyərli şeyinizi – vaxtınızı sizi üzməkdən başqa heç bir işə yaramayan düşüncələrlə məhv etməyin! Neqativ düşüncələrin problemlərinizə həll olmayacağını unutmayın! Məntiqli şəkildə “bu düşüncələr mənim nə işimə yarayacaq?” tipli suallar verin özünüzə və həmin an düşüncələrinizi dəyişdirin.
ÖZÜNÜZÜ SEVİN!
Bəli, tam olaraq bunu deyirəm! Özünüzü həqiqətən sevsəniz, oturduğunuz budağı kəsmək kimi bir səhv etməzsiniz! Neqativ düşüncələrin sizə zərərdən başqa heç bir şey vermədiyini anlayar və bunun öhdəsindən gəlmək üçün hər yolu sınayarsınız. Əgər ətrafınıza baxsanız, sadəcə özünü sevməyən insanların həyatlarının neqativ düşüncələrlə dolu olduğunu, həmin düşüncələrin əsiri olduqlarını görəcəksiniz. Buna görə də Siz özünüzü sevməlisiniz ki, onlar kimi olmayasınız. Unutmayın ki, həyatda özünüzdən və vaxtınızdan daya dəyərli heç nə yoxdur. Ona görə ətrafdakı gərəksiz insanlara və hadisələrə vaxt ayırmaqdansa, özünüzə vaxt ayırın və sizə zərər verən düşüncələrdən uzaq durmağa çalışın. Sizə aid olan hər şeyi sevin, insanların xətalarını bağışlayın, kin tutmayın və bütün neqativ şeyləri həyatınızdan çıxarmağa başlayın! Elə indi!

 

Mobil tətbiqimiz

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!