Ətrafımızda bizi başqaları ilə müqayisə etməyə çalışan onlarla insan tanıyırıq. Bəzən bunu özümüz də özümüzə edirik. Lakin bilmək lazımdır ki, özünü başqalarıyla müqayisə etmək özünə dəyər verməməkdir.
Əslində başqalarıyla müqayisə etmək insanın təbiətində olan bir şeydir. Hər zaman bizdən daha yaxşıları olduğunu bilir və özümüzü onlarla müqayisə edirik. Bəs bununla necə mübarizə aparaq?
1. Əgər özünüzü müqayisə etmək istəyirsinizsə, başqalarıyla deyil, öz keçmişinizlə müqayisə edin.
Hamımız həyatının sonuna qədər öyrənməyə, inkişaf etməyə və qazanmağa davam edirik. Lakin içimizdəki neqativ səsi dinlərkən bunun fərqində olmuruq və özümüzü mükafatlandırma mövzusunda uğursuz oluruq. Halbuki, öz keçmişimizlə müqayisə etdiyimiz zaman, bu gün daha xoşbəxt, daha bilgili, daha güclü bir insan olduğumuzu asan şəkildə anlayarıq.
2. Özünüzü müqayisə etdiyiniz insanların da qüsurları olduğunu unutmayın.
Başqaları nə qədər qüsursuz və mükəmməl görünsə də, onların da uğursuzluqları olduğunu unutmayın. Hamımız əslində həyata qarşı bərabər yerdəyik. Digərlərindən daha yaxşı və ya pis deyilsiniz. Sosial media bunu əks etdirməyə bilər, amma həqiqi həyatda bunu görmək olduqca rahatdır.
3. Özünüzü olduğunuz kimi sevin və qəbul edin
Hamımızın zehnində neqativ şeylər deyən səslər var. Bəlkə də bu səslər bizi qoruyur və bizi biz edir. İçinizdəki səsi eşidin, onun da sizin bir parçanız olduğunu bilin. Lakin onu eşitmək tamamilə sizdən asılıdır. Daha yaxşı və ya pis xüsusiyyətlərinizlə, olduğunuz kimi qəbul edin özünüzü. Hamımız bütün yanlışlarımıza rəğmən doğruyuq.
Android istifadəçiləri buradan saytımızın mobil tətbiqini endirə bilər:
https://play.google.com/store/apps/details?id=com.elitsolutions.leydi&utm_source=leydi.az