“Gəlinə niyə xına yaxılır?

Gəlinə niyə xına yaxılır?

Kədərin və xoşbəxtliyin bir vaxtda yaşandığı xına gecəsində gəlin həm ağlayır, həm də gülüb əylənir. Gəlinin və bəyin qadın qohumları və dostları toydan bir neçə gün əvvəl təşkil olunan xına gecəsində gəlinə xına yaxırlar. Son vaxtlarda bu mərasimi təşkil edən bir çox təşkilatlar da mövcuddur. Bəs illərdən bəri gələn bu xına mərasiminin mənası nədir? Biz sizə xına yaxmağın nə mənaya gəldiyini araşdırıb yazmışıq.

Xınanın cütlükləri nəzərdən qoruduğuna inanılır

Xına yaxmaq köhnə islam ənəələrindəndir. Keçmişdə yaşayanlar xınanın cütlüklərin bir-birinə daha möhkəm bağlanmaq, eşqlərinin davamlı olmasını təmin etmək üçün yaxıldığını deyirlər. Həmçinin  evlənən cütlükləri nəzərdən və pis əməllərdən qoruduğuna da inanılır.

Həm ağlayaram, həm gedərəm

Xına mərasiminin təşkil olunması həm toydan əvvəl hər iki tərəfin qadınlarını bir-birinə yaxınlaşdırır, həm də “Həm ağlayaram, həm də gedərəm” ruhunu yansıdır.

Bundan əlavə xınanın qırmızı rənginin sevgi və söhbət hisslərini oyatdığı da deyilir. Təbii ki, bu cür inanclara inanmaq sizə qalıb. Lakin keçmişlərdən bu günə qədər davam edən xına mərasimi həm hər iki tərəfin bir-birinə yaxınlaşması, həm də gənc qızların əylənməsi baxımından hamının keçirməyə çalışdığı toy adətlərindəndir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!