“Gəlinlərin sevimlisi: Şəffaf diş telləri

Gəlinlərin sevimlisi: Şəffaf diş telləri

Diş estetikasına bağlı olaraq narahatlıq yaşayan gəlin namizədləri arasında yeni trend Kate Middletonun da toy öncəsi seçdiyi “görünməyən diş telləri” metodudur.

Lingual ortodentiya üsulu adlanan bu üsul dişlərin ön tərəfində görməyə öyrəşdiyimiz breketlərin əksinə, dişin arxasına yapışdırılaraq tətbiq olunur. Beləcə xəstədən başqa heç kəs bu diş tellərini görə bilmir. Xəstənin çənə quruluşunun qəlibinin alınmasından sonra laboratoriya mühitində fərdi olaraq düzəldilən diş tellərinə öyrəşmə müddəti 2-4 həftə arasında dəyişir. Bu səbəbdən də gəlinlər toy tarixindən 1,5 ay öncə müalicəyə başlamalıdırlar. Bu diş telləri sayəsində xüsusi günlərində rahatlıqla gülümsəmək istəyən gəlin namizədlərinin problemlərindən biri həll edilmiş olacaqdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!