Şirin içindəki liderlik ruhu bütün bürclərlə olan münasibətində öz əksini tapır. Sevdiyi insanı idarə etmək mövzusunda olduqca bacarıqlı olan şir bürcünün bəzi bürclərlə yola getməsi buna görə çətinləşir. Ancaq balıq kimi həssas və sakit bir bürc Şirlə yaxşı yola gedəcək. Balıq üçün sevmək və sevilmək əsas məsələdir. Şir xarici görünüş olaraq sərt görünsə də, əslində yumşaq qəlbə sahibdir. Balıq onun yumşaq ürəyini görəcək. Romantik sözlər deyərək, romantik vaxtlar keçirərək cütlük bir-birinə bağlanacaq. Su ünsürünə mənsub Balıq bürcü və od ünsürünə mənsub Şir bürcünün münasibəti barmaqla göstərilən nümunələrdən biri olacaq. Bu münasibətdə cütlük qaçan qovalanar məntiqi ilə hərəkət edəcək. Şir bürcünə mənsub qadınlar qaçan zaman Balıq bürcünə mənsub kişinin onu qovalamaqdan xoşu gələcək. Zamanla çox gözəl cütlük olacaqlar. Balıq bürcünə mənsub qadın çox çətin qadındır. Şir bürcünə mənsub kişi Balıq bürcünə mənsub qadını əldə edənə qədər ondan əl çəkməyəcək. Bu cütlük yaxşı sevgili olmaqla bərabər, yaxşı dost olacaq. İki bürcün ikisi də, evə, ailəyə bağlı bürclərdir. Onlar ailələri ilə bərabər vaxt keçirməkdən həzz alırlar. İkili bir-birlərinin dərdinə qulaq asacaq və kömək etməyə çalıacaq. Nəticədə aralarında qüvvətli bağ yaranacaq. Balıq bürcü həssas bürcdür və hər zaman diqqət gözləyir. Şir bürcü Balığın ehtiyacı olan diqqəti ona mütləq göstərməlidir. Əks təqdirdə balıq sevilmədiyini hiss edəcək.