Buğa və Oxatan bürcü bir-birlərindən fərqli iki bürcdür və təbiətləri də olduqca fərqli olduğu üçün bir-birlərinə uyğunlaşmaqda çətinliklər yaşaya bilərlər. Bu mövzuda onların üstünə müəyyən öhdəliklər düşür!
İlk növbədə Oxatan baş verən bütün hadisələri yaxşı yönümlü başa düşür, ancaq Buğa tam əksidir. Bu vəziyyətə öyrəşmək Buğa üçün çətinlik yaradacaq. Buğanın qazancı yaxşıdır və Oxatanın istədiklərini qarşılamaqda çətinlik çəkməyəcək. Buğa bürcü sevgilisinə tez bir zamanda bağlanır və Oxatandan əvvəl evlilik planları qurmağa başlayır. Ancaq Oxatanın ömrünün sonuna qədər bir qadınla (kişi ilə) yaşamaq fikri yoxdur.
İş mövzusunda yetəri qədər bir-birləri ilə yaxşı tərəf müqavili ola biləcəklər. Ancaq Oxatanın dayanmadan danışması Buğa bürcünü incidə bilər. Buğa bürcü daha təmkinlidir və danışmazdan əvvəl qırx ölçüb bir biçir. Oxatan isə ağlına gələni deyir, ancaq siz buna fikir verməyin, çünki Oxatanların içi ilə çölü birdir. İçlərində kin bəsləmirlər və ağlına gələni deyirlər. Buğalar buna öyrəşməlidir.
Nəticə olaraq onlar ilk əvvəllər aralarındakı anlaşılmazlıq dövrünü keçirdikdən sonra xoşbəxt bir evlilik onları gözləyir. İki tərəf də münasibətlərində səbrli və təmkinli olmalıdırlar.