Qoç və Buğa həyata başqa çərçivələrdən baxsalar da, çətin vəziyyətlərdə və uzun müddətli münasibətlərdə bir-birlərinə uyğun cütlük olmağı bacaracaqlar. Qoç Buğanın dərdini yaxşı başa düşəcək və ona qarşı anlayışlı olacaq. Bu cütlük əvvəlcə bəzi çətinliklərlə qarşılaşsa da, zamanla bir-birlərinə güclü bağlanıb ayrılmayacaqlar. Əsas bir-birlərini başa düşməli və münasibətlərinin uzun ömürlü olması üçün səy göstərməlidirlər.
Qoç və Buğa fərqli xarakterlərə sahibdirlər. Onları bir araya gətirən bəlkə də, onların əks xasiyyətə sahib olmalarıdır. Cütlük zamanla aralarında anlaşılmazlıq olsa da, öhdəsindən gələcək. Çünki hər ikisi də ağlı başında olan şəxlərdir və ortaq məxrəcə gələrək düzgün çıxış yolu tapacaqlar. Ancaq hər ikisi də inadkardır. Bu vəziyyətdə ilk addımı kimin atdığı bizim üçün də maraqlıdır.
Buğa bürcü sadiq, inamlı və anlayışlıdır. Qoç bürcü öz partnyoruna inanmaqda əziyyət çəkməyəcək. Buğa bürcü uzun müddətli münasibətlərin tərəfdarıdır. Buğa bürcünə mənsub şəxslər ümumilikdə həyat yoldaşı seçərkən sonsuza qədər birlikdə davam etmək üçün bir xanım axtarırlar. Qoç bürcü də eyni prinsipə xas xasiyyətə sahibdir. Qoç bu münasibət sayəsində həyatını yoluna qoyar və buğa bürcünün də həyatını rəngləndirər.