“ Əkizlər və Buğa bürcü uyğunluğu

Əkizlər və Buğa bürcü uyğunluğu

Buğa bürcü torpaq ünsürünə mənsubdur, Əkizlər bürcü isə hava ünsürünə. Fərqli ünsürlərə mənsub bu ikili əks xarakterlərə malikdirlər. Bu münasibət ya olacaq, ya da alınmayacaq. Çünki iki fərqli xarakterin qarışığı olduğu üçün bir-birlərinin diqqətini çəkəcəklər.

Buğa bürcü nə istədiyini bilir və qarşısındakından da bunu gözləyir. Əkizlər də həyatdan nə istədiklərini bilsələr, bu münasibət alınacaq. Əkizlər mübahisə etməq üçün çox səbəb tapa bilərlər, bu da Buğa bürcünün başını ağrıdacaq. Ancaq Buğanın sakitliyi ilə Əkizlər də sıxılacaq. Əkizlər çöldə vaxt keçirməyi, dostları ilə gəzməyə vaxt ayırmağı sevir. Buğa isə işləməkdən vaxt tapa bilməyəcək və bunun nəticəsində bir-birlərindən uzaqlaşacaqlar.

Buğa ilə Əkizlər bürcünün münasibətinin ümumilikdə səhv seçim olduğu deyilir. Buğa nə qədər vecsiz kimi görünsə də, içində qısqanclıqdan dəliyə dönür. Əkizlər onun bu iç dünyasının fərqinə varmasa, bu münasibət alınmayacaq. Amma ikilinin arasındakı cazibə bir anda hər şeyi dəyişdirə bilər və gözəl münasibət ortaya çıxar. Amma yenə də bunun üçün iki tərəf də səy göstərməlidir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar