Arxa-arxaya dünyaya gələn Əkizlər və Xərçəng bürcləri ilk baxışdan bir-birlərini cəlb edəcəklər. Çünki Xərçəng üçün ailə və ev bir çox arzudan, istəkdən əvvəl gəlir. Əkizlər isə dostları ilə gəzib gözəl vaxt keçirməyə böyük əhəmiyyət verir. Xərçəng bir həftədə evdən çıxmadan gözəl vaxt keçirə bilər, ancaq
Əkizlər iki gün arxa-arxaya evdə qala bilmirlər. Ancaq Xərçəng bürcünün romantikliyi Əkizləri cəzb etməyə bəs edəcək. Xərçəng qadını da kişisi də romantikdirlər.
Əkizlər sevgi və evlilik kimi ciddi şeylərdən uzaq dururlar. Həyatda kriteriyaları var və dostları ilə bərabər olmaq onlar üçün çox vacibdir. Cütlüyün münasibətində hər iki tərəfin də üzərinə bəzi öhdəliklər düşür. Xərçənglər həyata biraz uşaq kimi baxır, o da onların həssaslığıdan irəli gəlir. Ama onların bu tərəfi Əkizləri özlərinə cəzb edir.
Əkizlər bürcü bəzən şübhəli və qərarsız ola bilər. Əgər Əkizlər həqiqətən sevirlərsə, hər şeydən şübhələnirlər. Ancaq cütlükdə bu mövzu problemə çevrilməyəcək. Çünki xərçəng bürcü sevgisinə hər zaman sadiq qalır və hər hərəkəti ilə sadiqliyini sübut edir.