Bəziləri deyir ki, Əqrəb bürcünün olduğu yerdən uzaqlaşmaq lazımdır. Ancaq Əqrəb görünüşü başqa, ürəyi başqa olan insandır. Əqrəb və Şirin münasibətinin davam edib-etməyəcəyindən əmin deyilik. Əslində hər ikisinin də həssas bürclər olmasına baxmayaraq, ikisi də bu xüsusiyyətlərini üzdə göstərmir. Əqrəb sevdiyi üçün ölsə belə, geri addım atmır. Şir bürcü də eyni xarakterə sahibdir. Bu cütlük ayrılsa da, bir-biri üçün addım atmayacaq. Ancaq yenə də bu münasibət ümid vəd edir. Hər ikisinin də evliliyə hazır olduğu vaxt xoşbəxt cütlük olacaqlar. Əqrəb bürcü 12 bürc arasında ən cəlbedici bürclərdən biridir və hətta birincisidir deyə bilərik. Onlar hər zaman kiminsə marağını cəlb edir. Qadınının da, kişisinin də mütləq cəlb etdiyi kimsə olur. Şir bürcü də ondan geri qalmır. Əqrəb bürcünə mənsub insanların baxışları qarşısındakını ilk dəqiqədən etibarən cəlb edir. Əqrəb bürcü Şir bürcünü də ilk andan etibarən baxışları ilə özünə cəlb edəcək. Cütlük münasibətlərinin davam etməsini istəyirsə, diqqətli olmalıdır. Qısqanclıq bu münasibətin əsas mövzularından biri olacaq. Şir də, əqrəb də çox qısqanc şəxslər olduqları üçün aralarında böyük söz-söhbətlər yaranacağına əminik. Tövsiyəmiz bir-birinizə qulaq asın və inanın.