“Oğlaq və Qoç bürcü uyğunluğu

Oğlaq və Qoç bürcü uyğunluğu

Oğlaq bürcü inadcıllığı və çalışqanlığı ilə tanınan bir bürcdür. Həmin çalışqanlıq Qoç üçün də keçərlidir. Çünki Qoç bürcü liderliyin bürcüdür və daim kimlərinsə lideri olmaq istəyir. Oğlaq bürcü üçün iş həyatı çox önəmlidir və yüksəlmək üçün daim çalışır, çalışır, çalışır. Bu halda Qoç və Oğlaq bürcləri üçün yaxşı bir iş yoldaşına sahib olacaqlarını demək olar. Ancaq eyni vəziyyət sevgi həyatı üçün də keçərlidirmi bundan əmin deyilik. Çünki bu iki dominant xarakter sevgi münasibətlərində bir-birləri ilə yarışa girə bilər. Oğlaq bürcünün soyuq görünüşü Qoç bürcü üzərində maraq oyandırır. Bu da ondan xoşlanması və bunun da zamanla sevgiyə çevrilməsinə səbəb olacaqdır. Ancaq oğlaq bürcünün etibarını qazanmaq o qədər də asan deyildir. O sözlərə yox, davranışlara inanır. Yəni Qoçun onu sözlərlə aldatması çox çətindir. Ondan xoşlandığınızı göstərmək istəyirsinizsə, bunu davranışlarınızla isbat etməyiniz və onu həqiqətən inandırmağınız lazım gələcək. Sizə inam duymasını təmin edə bilsəniz, Oğlaq bürcü sizi dünyanın ən xoşbəxt insanı edə bilər. Qoç və Oğlaq bürcünün arasında çox güclü maraq vardır. Hər ikisi də günlük həyatlarında məntiqli insanlar olsalar da, müxtəlif əyləncələrlə münasibətlərini daim canlı saxlayacaqdırlar. Qoç və Oğlaq bürcü ikilisi bizdən 10 üzərindən 7 bal alır. Qüsursuz bir cütlük olacaqlarını deyə bilmərik, amma aradakı alov onlara bir-birlərini yaxından tanımaq üçün maraq verə bilər və zamanla ciddi bir münasibətin başlanğıcı yaşana bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar