Qız və Qoç bürcü uyğunluğu haqqında deyilə biləcək çox söz var. Qoç bürcünün yüksək enerjisindən təsirlənən Qız bürcü işgüzarlığı ilə bürclərin lideri olan Qoç bürcünün qəlbinə girməyi bacaracaq. Qoç qadını ilə Qız bürcünün kişisinin münasibətindən danışırıqsa, işgüzarlığı ilə karyerasında müəyyən bir nöqtəyə gələn Qız bürcü kişisi Qoç qadını üçün cəlbedici olacaq. Bu ikili müəyyən müddətlərdə gərginliklər yaşaya bilərlər, ancaq hər iki tərəf də bir-birinə qarşı fədakar olsa, gözəl bir münasibət yaşayacaqlar. Qoç bürcünün tez-tez mənəm-mənəmlik etməsi zaman-zaman qız bürcünü yora bilər, ancaq Qoç aşiq olduğu partnyorunu xoşbəxt etməyi də çox yaxşı bilir. Qız və Qoç bürcü ilk gördükləri andan etibarən bir-birlərinə aşiq ola bilər.
Qoç bürcü aktiv ruhludur. Qız bürcü isə bu aktivliyi iş həyatında həyata keçirmək istəyir. Qız bürcü səbrli, amma bir o qədər də tənqid edən bir xarakterə sahibdir. Qız bürcü bəzən dilinə hakim ola bilmir və qəlb qırıcı danışır. Bu da Qoç bürcünü incidə bilər. Amma yenə də Qız və Qoç bürcü münasibəti sevgiylə yoğrulmuş, eşqə çevrilmiş xoşbəxt bir münasibət olacaq. Bu münasibət zamanla köhnəlməyən münasibətə dönəcək. Zaman keçdikcə bir-birini tanıyan, başa düşən Qız və Qoç bürcləri münasibətlərini qaydasına salacaqlar. Bu ikili qısa müddət ərzində evlənmə qərarına gəlib, xoşbəxt münasibət yaşaya bilər.