Qoç bürcü ilə yaşadıqları Balıq bürcü üçün kifayət qədər çətin olan şeylərdən biridir. Əslində Balıq həssas və anlayışlı, fədakar xarakteri ilə bu münasibətdə bir az rahatlıq tapa bilər. Lakin Qoçlar üçün vəziyyət eyni deyil. Onlar münasibət müddətincə, ümumiyyətlə, narahat bir vəziyyətdə olurlar. Qoçların digər bürclərə görə daha enerjili olması, yeni təcrübələrə qarşı daha həvəsli olması həmişə Balıqların diqqətini çəkir.
Buna baxmayaraq, Qoç bürclərinin ən pis xüsusiyyətləri olan özünü düşünmə xüsusiyyəti münasibətdə çox böyük problemlərə səbəb olur. Çünki Qoç bürcü həmişə münasibətin idarəçisi rolunda olmaq istəyir. Buna görə də əslində yönləndirici tərəf Balıq bürcü olur. Əgər Qoç həqiqətən də Balıq bürcünün xoşuna gəlibsə, onun bu idarəçi olmaq, ön plana keçmək istəklərinə qarşı bir az daha həssas ola bilər və həmişəki kimi fədakarlıq edə bilər. Lakin Balıqlar bu mövzuda bir az güzəştə gedən xarakterdə olmasalar, aralarındakı münasibət zamanla ciddi problemlər yarada bilər ki, bu da, bir müddət sonra münasibətin tamamilə bitməsinə səbəb olacaq hadisələrin yaranmasına zəmin hazırlayar.
Qoç liderliyin insanıdır. Bəzən olduqca hərəkətli bir həyatı ola bilər. Balıq üçün isə daha sakit həyat xoşdur. Belə olduqda da Qoç və Balığın münasibəti çox asan olmayacaq. Başlanğıcda bir-birini anlamaqda çətinlik çəkən bu cütlük bu münasibətdə özünü çox rahat hiss etməyə bilər. Qoç bürcü məntiqli xarakteri və analitik düşüncəsi ilə münasibətlərdə olduqca həssas olan Balığı anlamaqda çətinlik çəkə bilər. Balıq hisslərini çox dərin yaşayır. Mərhəmətli və düşünməyə olduqca meyilli olan Balıq bürcü də Qoç ilə uyğun olmaqda bir xeyli çətinlik çəkə bilər. Bu münasibətin eşqdə 50% şansı var. Yəni bu münasibət ya olacaq, ya da başlamadan pis sonluqla nəticələnəcək.