“Qoç və Buğa bürcü uyğunluğu

Qoç və Buğa bürcü uyğunluğu

Buğanın xüsusiyyəti dominant olduğu üçün Qoç bürcü bundan narahat ola bilər. Əvvəlcə iki tərəfin də olduqca fədakarlıq göstərməsinin vacib olduğu bu münasibətdə hər iki tərəf yemək və süfrəyə önəm verir. Bu nöqtədə Buğanın evinə düşkünlüyü Qoçu qısa müddətdə sıxıb bezdirə bilər. Gərək belə məqamda bir-birinizə anlayış göstərəsiniz. İşini sürətli bir şəkildə tamamlamaq istəyən sürətli Qoç bürcünün də bir az yavaşlaması bu münasibətdə olduqca önəmlidir.

Qoç bürcü və Buğa bürcü münasibətlərində sevginin 50% şansı vardır. Birlikdə çox yaxşı bir cütlük də ola bilərlər, çətin cütlük də. Açığı bu münasibət ya uzun çəkəcək ya da münasibətlərinin başlanğıcında bitəcəkdir. Əgər ikisinin arasında sevgi varsa, bundan bir-birlərini tanımaqda istifadə edə bilərlər. Onlar hər ikisi də həyatdan nə istədiklərini bilən insanlar olduqları üçün məntiqli insanlardır. Amma hissiyyatsız insan olduqlarını da demək olmaz.

Bu cütlük birlikdə vaxt keçirmək üçün çalışmalı və bir-birlərini daha yaxından tanımalıdır. Buğa bürcü və Qoç bürcü cütlüyünün yola gedə bilməsi üçün Buğanın həddindən artıq sahiblənən rəftarından bir azca əl çəkməsi lazım gələcəkdir. Çünki bu qarşısındakı insanı qorxuda bilər. Fiziki olaraq çox uyğun olan bu cütlük eyni uyğunluğu gündəlik həyatda da davam etdirə bilər. Buğa bürcünə isə qısqanclığını bir qədər idarə altına almağı tövsiyə edirik.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar