“Qoç və Əkizlər bürcü uyğunluğu

Qoç və Əkizlər bürcü uyğunluğu

Əkizlər bürcünün xoşagəlimliliyi Qoç bürcünün sakit cəhətlərinə nəzərən daha rənglidir. Qoç bürcünün bunu anlaması və buna uyğunlaşması lazım gələ bilər. Əkizlər bürcü sizinlə bağlı daim fikir bildirəcək, hətta davamlı olaraq sizin haqqınızda düşünmədən sözlər söyləyəcəkdir. Tələskənlikdən qaçıb özünüzə vaxt ayırmağı unutmayın.

Əkizlər bürcü kin saxlamadığı üçün uzunmüddətli problemlər çıxarmayacaq və problem yaratmayacaqdır. Bu münasibətin və bürclərin bir-biri ilə uyğunluğu olduqca yüksəkdir. Əgər bu iki bürc bir-birini tapdısa, əsla buraxmamalı və uzunmüddətli bir şəkildə münasibətini davam etdirməyə çalışmalıdır. Bütün çətinlikləri keçmək üçün də dözümlülük göstərmək vacibdir. Əkizlər bürcü sürətli bir həyata sahibdir. Olduqca aktiv və sosial olan bu insanların həyatında uzun münasibətlərə çox da yer yoxdur.

Bunun səbəbi adətən qarşısındakı insanın sevilmədiyini zənn edib münasibəti bitirməsidir. Əkizlər hisslərini göstərməkdə çətinlik çəkə bilərlər. Adətən diqqət çəkici insanlar olduqları üçün üstlərində hər zaman diqqət vardır. Qoç bürcü də ilk öncə elə onun bu xüsusiyyətindən təsirlənəcəkdir. Əyləncəli və ünsiyyətcil xarakterə sahib olan Qoç bürcü Əkizlər bürcünün ən yaxşı yola gedəcəyi bürclərdən biridir.

Hər ikisi də sosial insanlar olduqları üçün birlikdə çox yaxşı bir cütlük ola bilərlər. Qoç bürcü liderliyi təmsil edir və iş mühitində də, sevgi münasibətlərində də ipləri öz əlində tutmaq istəyir. Əkizlər bürcü isə sıxıldığını hiss etdiyi an qaça bilər. Bu səbəbdən də Qoçun ipləri bir az boş buraxması vacibdir. Ümumilikdə Qoç və Əkizlər bürcü münasibəti 10 üzərindən 8 balla qiymətləndirilə bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar