“Qoç və Əqrəb bürcü uyğunluğu

Qoç və Əqrəb bürcü uyğunluğu

Münasibətiniz düzgün getməyəcək və davamlı olaraq dava-dalaş olacaqdır. Əslində sevgi də əskik olmayacaq sizdən, amma şiddətli davalar da ola bilər. Çünki Qoç bürcünün Balıq və ya Xərçəng kimi sizi anlayacaq səbri yoxdur. Onu küsdürüb soyutduğunuz zaman çıxıb gedəcəkdir. Marsın təsirində olduğunuzdan olduqca qəzəblisiniz. Əsəbinizi cilovlamağa çalışsanız da uzun müddət sonra partladığınız zaman qorxunc olursunuz.

Bu iki bürc çox uyğun olmasa da iki tərəf də əlindən gələni edərsə, uyğunluq yaratmaq olar. Əqrəbin dərin hissləri vardır və Qoç bürcünün bunu anlaması üçün bir az əmək sərf etməsi vacibdir. Xüsusilə alovlu olan Əqrəb qadınları “qadınlığın” üst səviyyəsində olan varlıqlardır. Ancaq onun istədiklərini versəniz, Əqrəb bürcü sizin münasibətinizdə sizə hər zaman sadiq olacaq və sizi asanlıqla buraxmayacaqdır. Ancaq eyni sədaqəti sizin də göstərməyinizi gözləyəcəklər. Əqrəb bürcü öz düşüncələrinə və hissiyyatına çox güvənir.

Bu halda ilk baxışda birindən xoşlanmadısa, onu tanımaq üçün də çalışmayacaqdır. Ancaq ilk baxışda diqqətini çəkən və maraqlandığı insanı əldə etmək də yenə bir Əqrəb bürcünün işidir. Olduqca cəlbedici baxışlara sahib olan Əqrəb bürcü girdiyi hər mühitdə bir şəkildə diqqət çəkməyi bacardığı üçün Qoç bürcünün onun fərqinə varması da çox uzun çəkməz.

Hər ikisi də dominant xarakterlər olduğu üçün bu münasibətdə iplərin kimin əlində olacağı heç bəlli olmaz. Amma Əqrəb bürcünün olduqca, hətta bəlkə də bir az çox qısqanc olduğunu bilməlisiniz. Bu halda Qoç bürcü özünü qəfəsdə hiss etmək istəməyəcəkdir. Bu haldan qurtulması üçün Əqrəb bürcünün etibarını ciddi şəkildə qazanması və sədaqətini göstərməsi lazımdır. Qoç bürcü və Əqrəb bürcü münasibətinin 50% alınma ehtimalı olduğunu deyə bilərik.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar