“Qoç və Qız bürcü uyğunluğu

Qoç və Qız bürcü uyğunluğu

Bu münasibətin davam etməsi üçün olduqca çox əmək sərf etmək qızıl qaydalardan biridir. Olduqca çalışqan və enerjili olan Qız bürcünün enerjisinə Qoç bürcünün çatması bir qədər zaman alacaqdır. Əgər yanınızda bir Qız bürcü insanı varsa, onunla birlikdə daha da güclənə bilərsiniz. Qoçla birlikdə uyğun olduğu deyilə biləcək Qız bürcü bütün hadisələrdə haqlı çıxmağı da olduqca uğurlu bir şəkildə bacarır.

Cütlüklərin biraz geri çəkilməyi bilməsi şərtilə bu münasibət uzunmüddətli ola və irəliləyə bilər. Qoç bürcünün elə də sadiq olmadığını xatırlatmaqda fayda var. Qız bürcü daha bağlı və sədaqəti yüksək səviyyədə olan biri olduğu üçün iki bürc arasında bu şəkildə uyğunsuzluq ola bilər. Olduqca çox əmək vermədiyiniz və əlinizdən gələni etmədiyiniz müddətcə bu münasibət davam etməyəcəkdir. Qız bürcü olduqca çalışqan və bir o qədər də qərarlıdır. Qız bürcü insanları yaxşı insanlardır, amma bəzən sözlərinə hakim olmazlarsa, Qoç bürcü onlara əsəbləşə bilər.

Qız bürcü tənqidi sevir. Qoç bürcü isə tənqiddən heç xoşlanmayacaqdır. Bu münasibətdə qız bürcünə diqqətli olmağı tövsiyə edirik. Münasibətdə Qoç bürcünün payına da böyük iş düşür.

Qız bürcü bəzən küsəyən davrana bilər. Qoçlara onunla daha çox ünsiyyət qurmasını və Qız bürcünün etimadını qazanmasını məsləhət görürük. Bu münasibətdə səmimiyyət olduqca önəmlidir. Tərəflərin hər ikisi səmimi olmalıdır. Yoxsa yanlış anlaşılmalar səbəbindən münasibət hələ başlamadan bitə bilər. Hər ikisi də çalışqan olduqları üçün birlikdə çox yaxşı bir ailə qura bilərlər. Amma evlənmələri üçün önlərində uzun bir yol var. Bu cütlüyün yola getməsi üçün bir-birlərini həqiqətən yaxşı tanımaları lazım gəlir.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar