Alacaqları qərarda son dərəcə bir-birinə uyğun olacaq Qoç bürcü insanları. Ortaq cəhət tapmaqda heç vaxt çətinlik çəkməyəcəklər. Adətən, eyni şeylərdən zövq alan bu ikili olduqca enerjili və dinamik bir cütlük olaraq ətraflarındakı insanlara enerji verəcək. İki Qoç bir araya gəldiyi zaman aralarına heç kəs girə bilməz və birlikdə zaman keçirərkən zamanın necə keçdiyini anlamazlar. Bəzən bir-birlərinə qarşı kobud olsalar da Qoç bürcünə mənsub cütlüklər aralarındakı problemi danışaraq sürətli bir şəkildə həll edə bilər və problemi çox da böyütməzlər. Həmçinin Qoçların istiqanlılığı bir-biriylə uyğunluğu və cütlük arasındakı bağlılığı artıracaqdır.
Eyni bürcə mənsub insanların münasibətlərində digərlərinə nisbətən daha diqqətli olmaları lazım gəlir. Çünki qarşısındakı insan ilə bənzər xüsusiyyətlərə sahib olduqlarından bir-birlərini sıxa bilərlər. Bu "Qoç-Qoç" münasibətində hər iki tərəfin də sədaqətlə bağlı problemi ola bilər. Qoç bürcü təkcə həqiqətən vurulduğu zaman sadiq qala bilir. Qoçların münasibəti zamanla eşqə çevrilə bilər, amma demək lazımdır ki, bu, bir qədər çətin olacaq. Çünki hər ikisi də idarə etməyi sevən və lider insanlar olduqları üçün bu münasibətdə də heç biri ipləri digərinin əlinə vermək istəməyəcəkdir.
Qoç bürcü insanları inadcıldır. İnadcıl bir qadın və inadcıl bir kişi birlikdə çətin bir cütlük ola bilər. Ən kiçik bir dava belə böyüyə bilər. Bu mövzuda xüsusilə diqqətli olmağı unutmamalısınız. Bu cütlük hər şeyi ürəyində saxlayıb, bezdiyi zaman oradan qaça bilər. Qoç bürcü adətən ünsiyyətcil insandır. Birlikdə sosiallaşmaq ikisinin də xoşuna gələ bilər. Amma birlikdə daha çox vaxt keçirməlidirlər. Bu münasibət ya lap başda bitəcək, ya da ömür boyu sürəcək bir münasibətə çevriləcək. Qoç bürcünün digər Qoç bürcündən əl çəkməsi də çox da asan olmayacaqdır.