“Qoç və Şir bürcü uyğunluğu

Qoç və Şir bürcü uyğunluğu

Birlikdə olduqca uyğun olan, eyni ruhu daşıyan Qoç və Şir bürcü aralarına heç kəsi buraxmadan xoşbəxt bir həyat sürə bilər. Davamlı və bitmək bilməyən söhbətlər, bir-birini anlayışla qarşılama və davamlı fikir alış-verişi ilə münasibətini davam etdirən bu iki bürc evlilikdə də olduqca xoşbəxt olacaqdır.

Ən çətin anlarda belə bir-birini anlayan bu iki bürc dəbdəbəli həyatdan çox xoşlanır. Gözəl geyinməyi bilən və sevən bu iki bürcün ən gözəl xüsusiyyəti uyğunluqlarıdır. Bir Qoçun qarşısına Şir çıxıbsa, bu iki nəfər bir-birini əsla buraxmamalıdır. Bu münasibətdə tək diqqət etməli olduğunuz nöqtə Şirin qürurunun qırılmamasıdır.

Qoç bürcü və Şir bürcü ikilisinin xüsusilə çox yaxşı dost olacaqlarını demək lazımdır. Onlar birlikdə saatlarla söhbət edəcək və bundan heç bezməyəcəkdir. Şir bürcü sadiqdir və uzun münasibətlərin insanıdır. Qoç bürcü sevgilisinə sadiq qalmağı bacara bilərsə, bu münasibət də uzun olacaqdır. Qoç bürcü sosialdır, amma Şir bürcü bəzən içinə qapana bilər.

Hər nə qədər dəbdəbəli zövqləri və sosial bir çevrəsi olsa da Şir bürcü həqiqətən aşiq olduğu zaman sevgilisi ilə tək vaxt keçirməkdən daha çox xoşlanır. Şirlər qatı xarakterli biri kimi görünsələr də içlərində hissiyyatlı bir sevgi yatır. Qoç bürcü bunu hiss etdiyi zaman Şir ilə daha çox vaxt keçirmək istəyəcəkdir. Bu cütlük arasında çatmayan tək şey romantizm ola bilər. Bu mövzuda hər ikisi də olduqca bacarıqsızdır. Amma yaxşı ünsiyyət bacarıqlarına sahib olduqları üçün bu problemi də danışaraq həll edə bilərlər və bu da münasibətlərinə bir az həyəcanla hərəkətlilik qata bilər. Şir bürcü və Qoç bürcü birlikdəliyinə isə 10 üzərindən 7 bal vermək olar.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar