Xərçəng bürcünün həssas xarakterinə olduqca diqqət edilməlidir. Adətən tərk edilməkdən qorxan Xərçəng bürcü qadınları ailəsinə və ənənələrinə bağlı, sevimli insanlardır. Ailə qurmağa və övlad sahibi olmağa meyilli olan Xərçəng bürcləri açıq sözlülüyə böyük önəm verirlər. Bütün bu xüsusiyyətlərə zidd olan Qoç bürcü, niyə Xərçəng bürcünün ailəsinə və evinə vaxt sərf etmək istədiyini anlamağa çalışmalıdır.
Xərçəng bürcü münasibəti ərzində daim gələcəyi və evliliyi düşünəcəkdir. Amma Qoç bürcü o qədər də gələcəyi düşünməməsi ilə yanaşı qısa müddətli münasibətləri daha ön planda tutacaqdır. Əgər Qoç bürcü evcil həyatı qəbul edərsə, olduqca gözəl bir münasibət qura bilərlər. Bu mövzuda xüsusilə Qoç bürcünün olduqca çox əmək sərf etməsi, Xərçəng bürcünün həyat tərzini anlamağa çalışması lazım gəlir.
Qoç bürcü və Xərçəng bürcü bir-birindən fərqli iki xarakterə sahib insanlardır. Amma bu fərqliliklər onların bir-birlərini tamamlamayacağı anlamına gəlmir. Xərçəng bürcü hissiyyatlı, dərin hisləri olan bir insandır. Onun bu romantik cəhətləri məntiqli Qoç bürcünün belə xoşuna gələ bilər. Xərçəng bürcü ailəsinə və sevdiyi insana olduqca bağlıdır. Hətta bürclər dünyasının ən sadiq bürclərindən biridir.
Onun bu sədaqəti qısa müddətdə Qoç bürcünün etibarını qazanmasına səbəb olacaqdır. Bizə görə Qoç və Xərçəng bürcü münasibətində hər iki tərəf də bir-birinə sadiq olacaqdır. Çünki Qoç axtardığı hissləri Xərçəng bürcündə tapacaq. Bu səbəbdən də möhtəşəm bir cütlük ola bilərlər. Qoç bürcünün romantik olmayan bir insan olmasına rəğmən çox romantik biri olan Xərçəng ilk andan onun diqqətini çəkəcəkdir. Bu halda bu münasibətdə bir az da əmək verməklə, birlikdə ideal bir cütlük olma ehtimalları vardır.