“Şir və Dolça bürcü uyğunluğu

Şir və Dolça bürcü uyğunluğu

Şir hər kəsə əmr edə bilər, ancaq Dolça bürcünə asanlıqla bata bilmir. Sərbəstliyi sevən və subay olmasından zövq alan Dolçanı əldə etmək Şir üçün çox da asan olmayacaq. Ancaq Şir özünə qarşı diqqəti, dəbdəbəyə olan marağı ilə Dolçanı özünə tərəf çəkə bilər. Əsasən, Şir bürcü qadınları gözəl geyinməyə, gözəl ətirlər istifadə etməyə və ağıllı, səlis danışmağa fikir verirlər. Dolça bürcünə xas olan kişilərin diqqətini cəlb etmək üçün bu sayılanlar kifayətdir. Dolçalar ancaq əmin olduqları şəxlər ilə evlilik haqqında fikirləşirlər. Evinə bağlı və sadiq olan Şir ilə Dolça bürcü evlənmək istəyəcək.

Şir və Dolça bürcü münasibətində cütlük ya yaxşı sevgili olacaq, ya da münasibətləri başlamadan sonlanacaq. Şir bürcünün özünə həddindən artıq göstərdiyi diqqəti bilirsiniz. Onun xarici görünüşü demək olar ki, bütün bürcləri cəlb edir. Şir bürcü rahat və dəbdəbəli yaşamağı sevir. Onun maaşının yarısını bahalı restoranlara və bahalı geyimlərə xərclədiyini görə bilərsiniz. Dolça bürcünün də Şirin bu xarakterinə görə ondan ilk andan etibarən xoşu gələcək. Ancaq münasibət ciddiləşdikcə Şirin bu xarakteri onun üçün lazımsız gələcək. Çünki Dolçalar bəzən simic olurlar.

Hər iki bürc də sərbəst olmağı sevir və sıx-boğaz edilməkdən xoşları gəlmir. Şir bürcünə mənsub qadın ilə Dolça bürcünə mənsub kişi arasında çətinlik olmasa da, Şir bücünə mənsub kişi ilə Dolça bürcünə mənsub qadın arasında mübahisələr yarana bilər. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar