Şir ilə Oğlaq üçün qüsursuz cütlük olacaqlarını demək olmaz. Onların arasında qığılcım da ola bilər, soyuq divar da. Torpaq ünsürünə mənsub Oğlaq və od ünsürünə mənsub Şir cütlüyünün bir yerdə yaxşı vaxt keçirməsi üçün ikisi də dilinə hakim olmalıdır. Bu ikilinin ortaq bir nöqtəsi var, o da, işgüzar olmaları. Şirlər dəbdəbəli həyata və pula maraqlı insanlardır. Oğlaq üçün də pul vacibdir, ancaq o, pulu rahat həyat yaşayaraq özünü sığortalamaq üçün istəyir. Şir isə heç fikirləşmədən bir saata milyardlar verə bilər. Oğlaq isə gələcəyə investisiya qoyaraq, o pulla maşın ala bilər. Ancaq bu münasibət alınmaz demək olmaz, çünki hər ikisi də ailəyə bağlı bürclərdir.
Oğlaq bürcünün təklikdən və xoşu gəlir. Dostları ilə bir yerdə vaxt keçirmək əvəzinə, özü tək gəzməyi istəyir. Bu vəziyyətdə ona təsir etmək və bu istəyindən daşındırmaq çətin olacaq. Onun həqiqi sevgisi olmaq üçün sözləriniz kifayət etmir. O, sözlərə yox, davranışlara inanır. Əgər həqiqətən sevirsinizsə, onu hərəkətlərinizlə mütləq göstərməlisiniz. Sizin üçün dəyərli olduğunu ona göstərin. Oğlaq bürcü ilk baxışdan soyuq görünə bilər. Onun bu soyuqluğu Şir bürcünü ilk andan etibarən özünə cəlb edə bilər. Oğlaq bürcü hər zaman “mən özüm-özümə bəsəm” düşüncəsindədir. Şir bürcünə bu münasibətdə çox iş düşür.
Cütlük bir-birindən fərqli xarakterə sahib olduğunu fikirləşəndə, bir-birini başa düşməkdə çətinlik çəkəcək. Oğlaq bürcü sevilmək istəyir, ancaq o, qarşısındakı insana inanmasa, əsla öz sevgisini ifadə etməz. Həssas və səbrli olan Oğlaq bürcü Şir bürcünün əlindən tutmaq istəyirsə, onunla bir yerdə dostlarıyla vaxt keçirməlidir. Şir bürcü də Oğlaqın yanında olmaq istəyirsə, ona romatik sürprizlər etməlidir.