“Tərəzi və Oğlaq bürcü uyğunluğu

Tərəzi və Oğlaq bürcü uyğunluğu

Bürclər aləmində ən qərarlı və ayaqlarının üstündə sağlam duramağı bacaran bürc Oğlaqdır. Onun dəqiqliyi iş həyatına da təsir edir və işgüzardır. Bir çox bürc onun işinə həddən artıq can yandırasını başa düşmür, ancaq Tərəzi onu başa düşür. Oğlaq özünü başa düşən biri ilə xoşbəxt münasibətə addımlayacaq. Tərəzi Oğlaqın dəqiqliyinə və işgüzarlığına heyrandır. Tərəzi bürcü işdən çox dostları ilə əylənməyi sevən bürcdür. Oğlaq bürcü gözəl münasibət yaşamaq istəyirsə, işindən vaxt ayırıb sevgilisi ilə bərabər gözəl vaxt keçirməlidir.

Oğlaq bürcü sevginin məntiq üzərində qurulduğuna inanır. Bu da, istər-istəməz beynində mühakimələr yaradır. İlk görüşdə bir insanı tanımadan haqqında bəzi fikirləri beyninizdə formalaşdırırsınızsa, o düşüncəni dəyişdirmək bir xeyli vaxtınızı alacaq.

Oğlaqın ilk görüşdən Tərəzidən xoşu gəldisə, hisslərinin arxası ilə gedəcək. Çünki Oğlaq bürcü hisslərinin çox güclü olduğuna inanır və o hisslərin sevgi olduğuna əmin ola bilərsiniz. Oğlaqlar hədəfləri üçün yaşayırlar. Yəni Tərəzi bürcü ilə bir-birlərini başa düşmələri çətin olmayacaq.

Ciddi xarakteri ilə diqqət çəkən Oğlaq bürcü vaxtaşırı təmkinli ola bilər. Ama Oğlaq bürcünə mənsub şəxslər əslində yumşaq qəlblidirlər. Bu münasibətin ilk addımlarında Tərəzi Oğlaqın soyuq hərəkətlərindən qorxub qaçsa, bu münasibət başlamadan bitəcək. Amma davranışları ilə Oğlaq bürcünə onu sevdiyini hiss etdirsə, Oğlaq da onu dünyanın ən xoşbəxt insanı edəcək. Bu münasibətdə dominant Oğlaq olacaqmış kimi görsənir, amma yenə də Tərəzinin gücü və özündən əmin olması Oğlaqa hər an bir addım geridə qalma hissi yaşadır. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar