Hər ikisi də su ünsürünə mənsub olan Balıq və Xərçəng bürcü sevgisi hisslərinin və romantizmin üzərində qurulacaq. Hər ikisi də həssas bürc olduğu üçün vaxtaşırı aralarında küskünlüklər yaşanacaq. Ancaq Balıq Xərçəngə nisbətən daha küsəyəndir və Xərçəng sözlərinə fikir verməlidir. Hər kəsin dərdini öz dərdi olaraq görən Balıq çox insanın ən yaxın dostudur. Dostları dərdlərini bölüşəndə Balığın fikri başqa yerə yönələ bilər və bu xüsusiyyət onların təbiətində var. Bir yerdə gözəl vaxt keçirməyi bacarsalar, romantik dəqiqələr yaşayacaqlar.
Bu ikili sevgi münasibətində bir-birini başa düsə də, dost olaraq yola getmir. Sevgi münasibətində bir tərəf bir az aktiv olmalıdır. Çünki hər ikisi evə bağlı bürclərdir və hər gün evdə vaxt keçirməklə bir-birlərindən bezəcəklər. Cütlük evləndikdən sonra da xoşbəxt olacaq. Hər ikisi də evinə, ailəsinə bağlı və sadiq insanlardır. Həddən artıq həssas olan Balıq bürcü üçün Xərçənglər məntiqli görünür. Həssas olduqları üçün bir-birlərini incidə bilərlər. Hər iki tərəf də bir-birinə qarşı diqqətcil olsa, bu münasibəti ideal adlandırmaq olar.