“Üzümdəki sızanaqlardan necə qurtula bilərəm?

Üzümdəki sızanaqlardan necə qurtula bilərəm?

Stress və ya hormonal pozğunluqlardan dolayı bir çox gənc sızanaqlardan bezmişdir. Geniş yayılmış inancın əksinə sızanaqlar üzünüzün kirli olması anlamına gəlməz. Hətta həddindən artıq təmizləmək, peeling etmək dərinizi həssaslaşdıracaq və sızanağa səbəb olacaqdır. Dərinizə tətbiq edə biləcəyiniz bəsit bir neçə üsul ilə sızanaq ləkələrindən qurtula bilərsiniz. Parlayan, sağlam bir dəri üçün yazımızı oxumağa davam edin.

Evdə müalicə:

1. Üzünüzü gündə iki dəfə pH 5.5 dəyərində üz sabunu ilə yuyun. Üzünüzdə sızanaqların yaranmasının qarşısını almaq üçün ilk addım davamlı bir təmizlik rejiminin yaranmasıdır. Səhər oyandığınız zaman və geccə yatmazdan öncə üzünüzü yuya bilərsiniz. Makiyaj təmizləmə əsnasında yağ tərkibli olmayan təmizlıəyici istifadə etməyinizi tövsiyə edirik.

2. Dərinizə peeling edin. Dərinizə peeling edərək toplanmış ölü dəri hüceyrələrindən qurtula bilərsiniz. Bu müddətdə dərinizin quru və həssas olduğunu hiss edə bilərsiniz. Ancaq zamanla yeni dəri hüceyrələrinin yaranması sürətlənəcəkdir. Salisilik turşu tərkibli aspirin ilə suyu qarışdırıb üzünüzdə iltihab və qızarıqlıqların olduğu bölgələrə çəkə bilərsiniz. İncə bir təbəqə bal çəkərək 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyərək dərinizin təmizlənməsinə köməkçi ola bilərsiniz. Balın pH dəyəri 3 ilə 6 arasında dəyişir. Bu səbəbdən də o dərinizi həssaslaşdırmayacaqdır. Balla yulaf əzməsini qarışdırıb üzünüzə 2-3 dəqiqə yüngülcə sıxaraq tətbiq edə bilərsiniz. Daha sonra üzünüzü ilıq su ilə təmizləyin.

3. Aktiv sızanaqlara esans tağı tətbiq etmək olar. Çay ağacı yağı antibakterial xüsusiyyətdə olduğu üçün sızanağa səbəb olan bakteriyaları öldürür. Suda seyrəldilmiş çay ağacı yağı və ya neem yağını problemli bölgələrə pambıq ilə çəkin və daha sonra silin. Çay ağacı yağının tərkibində olan antibakterial xüsusiyyətlər məsamələri dolduran mikrobların öldürülməsində köməkçi olacaqdır. Seyrəldilməmiş çay ağacı yağını istifadə etməkdən qaçın. Dərinizi yandıra bilər və sızanağı daha pis hala gətirməsi də mümkündür. Qablaşdırılmasının üzərindəki xəbərdarlıqları oxumadan istifadə etməyin.

4. Tərkibində Benzoil peroksid olan məhsullardan istifadə edin. Benzoil peroksid tərkibli sabun və ya losyon istifadə edərək sızanaq problemi olan nahiyələrin sağalmasına kömək edə bilər. Ölü dəri hüceyrələrinin təmizlənməsi və daha sürətli yeni və təmiz dəri hüceyrələrinin yaranmasına köməkçi olur. 3% və ya daha az benzoil peroksid tərkibli məhsulları istifadə etməyiniz dərinizin zədəyənməsini əngəlləyəcəkdir.

5. Tərkibində sulfid olan gil maskasından istifadə edin. Sızanaq olan bölgələri təsirli bir şəkildə sağaltdığını bilməsək də sulfid həqiqətən də işə yarayır. Dərinizin yağ istehsalını azaldaraq dərinizin sızanaqlardan qurtulmasına köməkçi olacaqdır.

Digər məsləhətlər:

- Birdən çox sızanaq müalicəsini eyni anda tətbiq etməyin. Əgər biri uğurlu alınarsa bunlardan hansının faydalı olduğunu bilməyəcəksiniz. Hər dəfə eyni metodu tətbiq edin və sizə uyğun üsulu tapdığınız zaman davamlı aralıqlarla istifadəyə davam edin.

- Səbrli olun. Sızanaqlar bir gecədə ortaya çıxsa da çox zaman bir gecədə yoxa çıxmırlar. Davamlılıq ilə təmiz bir dəriyə sahib ola bilərsiniz.

Xəbərdarlıqlar:

- Yuxarıdakı ərzaqlardan hər hansı birinə qarşı allergiyanız varsa və ya dəriniz həssasdırsa bu üsulları tətbiq etməyin.

- Əgər hamiləsinizsə həkiminizlə məsləhətləşmədən bu üsulları sınamayın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar