“Qara nöqtələr və sızanaqlar üçün buxar vannası

Qara nöqtələr və sızanaqlar üçün buxar vannası

Makiyaj qalıntılarından, cildin altında yığılıb qalmış toksinlərdən və ölü dəridən dərinizi təmizləmək üçün buxar vannası həm asan, həm də sağlam yoldur. Makiyaj və dərinin yaratdığı sebum ilə məsamələr tıxanır. Bu vəziyyətdə də dərinin təmizlənməsi üçün maska və pilinqdən əvvəl tıxanmış məsamələri açmaq üçün buxar vannası ən təsirli variantdır. Xüsusilə yağlı cildi dərinliklə təmizləmək üçün buxar vannasını həftədə bir dəfə və ya 15 gündən bir tətbiq etmək çox faydalıdır. Əgər cildiniz quru və həssasdırsa, buxar vannasını lazım olmadıqca təkrarlamamalısınız. 

Buxar vannası necə qəbul edilir?

Dərin və geniş bir qab götürün

Orta boy bir dəsmal

Qaynamış su

Bu ləvazimatlarla cildinizi mükəmməl şəkildə təmizləyə bilərsiniz. Qara nöqtələrlə probleminiz varsa, buxar vannasından sonra onlar üçün də maska tətbiq edərək daha asan və effektiv şəkildə qurtula bilərsiniz. 

Addım-addım buxar vannası detoksu

İlk olaraq 1.1,-1,5 litr suyu qaynadın. Cildinizi təmizləyin və saçlarınızı yığın. Qaynayan suyu dərin bir qab içərisinə töküb, üzünüzü buxara tutmaq üçün rahat bir yerdə oturun. Buxarın dağılmasının qarşısını almaq məqsədi ilə başınıza dəsmal örtün. Başınız 20-30 sm yuxarıda olmalıdır və 5-10 dəqiqə üzünüzü buxara tutmalısınız. 

Bu müddətdə məsamələriniz açılacaq və fərah hiss edəcəksiniz. Buxar vannasının ardınca qara nöqtələri asanlıqla təmizləyə bilərsiniz. Bunun üçün kosmetika marketlərində satılan yumru uclu  bir aparat və ya qara nöqtə təmizləmək üçün lazım olan bant və ya maskalardan istifadə edə bilərsiniz. Bu zaman diqqət eməli olduğunuz şey qara nöqtələri barmağınızla sıxmamalısınız. Əgər bunu etsəniz onda üzünüzdə izlər qara bilər. 

Buxar vannasından sonra cild baxımı da önəmlidir. Açılan məsamələri yenidən sıxlaşdırmaq üçün üzünüzü soyuq su ilə yuyub, sıxlaşdırmaq üçün tonik tətbiq edin. Tonik tətbiq etdikdən 15 dəqiqə sonra hər gün istifadə etdiyiniz nəmləndiricidən vurun. 

Cildinizdəki toksik maddələrdən təmizləmək üçün günlük qulluq 

Ən sonda isə üz baxımı etdiyiniz günlərdə makiyaj etməməyə çalışın. Çünki üz baxımından sonra üzdəki qoruyucu təbəqə həssaslaşır və üzünüzə vurduğunuz kimyəvi maddələr zərərli olacaqdır. 
Sızanaqlar üçün limon maskası

Buxar vannası ilə üz detoksu

Makiyaj qalıntılarından, cildin altında yığılıb qalmış toksinlərdən və ölü dəridən dərinizi təmizləmək üçün buxar vannası həm asan, həm də sağlam yoldur. Makiyaj və dərinin yaratdığı sebum ilə məsamələr tıxanır. Bu vəziyyətdə də dərinin təmizlənməsi üçün maska və pilinqdən əvvəl tıxanmış məsamələri açmaq üçün buxar vannası ən təsirli variantdır. Xüsusilə yağlı cildi dərinliklə təmizləmək üçün buxar vannasını həftədə bir dəfə və ya 15 gündən bir tətbiq etmək çox faydalıdır. Əgər cildiniz quru və həssasdırsa, buxar vannasını lazım olmadıqca təkrarlamamalısınız.

Buxar vannası necə qəbul edilir?

Dərin və geniş bir qab götürün

Orta boy bir dəsmal

Qaynamış su

Bu ləvazimatlarla cildinizi mükəmməl şəkildə təmizləyə bilərsiniz. Qara nöqtələrlə probleminiz varsa, buxar vannasından sonra onlar üçün də maska tətbiq edərək daha asan və effektiv şəkildə qurtula bilərsiniz.

Addım-addım buxar vannası detoksu

İlk olaraq 1.1,-1,5 litr suyu qaynadın. Cildinizi təmizləyin və saçlarınızı yığın. Qaynayan suyu dərin bir qab içərisinə töküb, üzünüzü buxara tutmaq üçün rahat bir yerdə oturun. Buxarın dağılmasının qarşısını almaq məqsədi ilə başınıza dəsmal örtün. Başınız 20-30 sm yuxarıda olmalıdır və 5-10 dəqiqə üzünüzü buxara tutmalısınız.

Bu müddətdə məsamələriniz açılacaq və fərah hiss edəcəksiniz. Buxar vannasının ardınca qara nöqtələri asanlıqla təmizləyə bilərsiniz. Bunun üçün kosmetika marketlərində satılan yumru uclu  bir aparat və ya qara nöqtə təmizləmək üçün lazım olan bantdan istifadə edə bilərsiniz. Bu zaman diqqət eməli olduğunuz şey qara nöqtələri barmağınızla sıxmamalısınız. Əgər bunu etsəniz onda üzünüzdə izlər qara bilər.

Buxar vannasından sonra cild baxımı da önəmlidir. Açılan məsamələri yenidən sıxlaşdırmaq üçün üzünüzü soyuq su ilə yuyub, sıxlaşdırmaq üçün tonik tətbiq edin. Tonik tətbiq etdikdən 15 dəqiqə sonra hər gün istifadə etdiyiniz nəmləndiricidən vurun.

Ən sonda isə üz baxımı etdiyiniz günlərdə makiyaj etməməyə çalışın. Çünki üz baxımından sonra üzdəki qoruyucu təbəqə həssaslaşır və üzünüzə vurduğunuz kimyəvi maddələr zərərli olacaqdır.

 

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar