Qışda soyuq havalarda bədənimizin ən çox təsirlənən hissəsi isə cildimizdir. Bu fəslin soyuq olması səbəbilə cildin quruması, matlaşması, çatlaması kimi şikayətlər artır. Bunun olmaması üçün bəzi nöqtələrə diqqət etmək lazımdır.
Nəmləndiricidən istifadə etməyi unutmayın!
Dəri soyuq havaya uyğunlaşmağa çalışarkən quruyur və qan axışı yavaşlayır. Bu səbəbə bağlı olaraq tər və yağ vəziləri az çalışır və dərinin ehtiyac duyduğu antioksidantları ala bilməməsinə gətirib çıxarır. Eyni zamanda soyuq havada cild quruluğu, cildin yağ itirməsinin ən böyük səbəbidir. Bu səbəblə cildi nəmləndirmək və daha canlı görünməsini təmin etmək üçün bol su içməli və dəri tipinizə uyğun nəmləndiricidən istifadə etmək lazımdır.
Üzü üstə yatmaq qırışları artırır!
Bir çox insan fikir verməsə də, üzü üstə yatmaq üzün qırışmasının ən böyük səbəblərindən biridir. Üzü üstə yatdığınız zaman üzünüzdə, xüsusilə də sinə hissəsində diqqətə çarpan qırışlar əmələ gəlir. Ona görə də mümkün olduğu qədər kürəyi üstə yatmağa çalışmalı və bunu vərdiş halına gətirməlisiniz.
Düzgün sabundan istifadə etdiyinizdən əmin olun.
Cild baxımı köpəlik dövründən etibarən edilməlidir. Cild tipinizə uyğun təbii olan sabunla üzünüzü yumalısınız. Xlorsuz sudan istifadə etmək isə təbii tonikdir.
Quruyan dodaqlar üçün...
Dodaqlar qurumağa ən əlverişli hissələrdən biridir. Çünki dodaqların yağ ifraz etmək funksiyası yoxdur. Bu səbəblə dodaqları islatmamalı və nəmləndirici sürtməliyik.
Mükəmməl dəriyə sahib qadınların 5 sirri!