Gözlərimizin ətrafı üzümüzün ən həssas yeridir. Olduqca incə bir dəriyə sahib olan bu bölgə zaman keçdikdə makiyaj və illərin təsiri ilə xoş olmayan bir görüntüyə səbəb ola bilir. Siz də bu görüntüdən narahat olanlardansınızsa, məqaləmizə nəzər yetirməyinizdə fayda var! Bunun üçün edə biləcəyiniz bir neçə metod var.
Kartof – Kartofu çiy halı ilə dilimləyib göz qapaqlarınıza qoyun. Çiy kartof həm gözlərinizdəki şişliyi götürəcək, həm də göz ətrafınızdakı qaralmaların qarşısına alacaqdır.
Alma – Tərkibindəki turşu birləşmələri ilə gözün qaraltılarını ciddi miqdarda azaldır. Etməli olduğunuz şey almanı dilimləyib göz qapağına qoymaq. 20-25 dəqiqə gözləməyiniz bəs edəcək. Davamlı olaraq tətbiq etdiyinizdə effekti görəcəksiniz.
Yuxu rejimi – Cild baxımında ən önəmli şeylərdən biri də yuxudur. Normal yuxu rejimi ilə qidalanmanıza diqqət yetirməsəniz, etdiyiniz heç bir şeyin faydası olmayacaq. Çox gec yatmamağa çalışın və stresdən uzaq durun. O zaman təmiz və canlı dəriyə sahib olacaqsınız.
Zərdəçal – Tərkibindəki güclü antioksidant olan qida maddəsidir. Toz zərdəçalı ananas suyu ilə qarışdırdığınızda göz üçün möhtəşəm maska əmələ gəlir. Bu qarışığı göz altına vurduqdan sonra 15 dəqiqə gözlədib soyuq su ilə yuyun. Davamlı olaraq etsəniz, rəng dəyişməsini görəcəksiniz.
Xiyar – Təbiətin şəfa qaynağı olan xiyar, göz ətrafındakı qaralmalar üçün də faydalıdır. Etməli olduğunuz şey xiyarı dilimləyib gözünüzün üzərinə qoymaq. Gözlərinizə 3-4 gün ardıcıl olaraq tətbiq etdiyinizdə belə fərqi hiss edəcəksiniz. Xiyar həmçinin gözlərinizin rahatlaşmasını da təmin edəcəkdir.
Gözlərinizin altında yaranmış şişliklərdən ev şəraitində xilas olun!