Uşaqlar 12 ayından 18 ayına qədər yerimə öyrənməlidir. Lakin bəzi uşaqlar 18 ayını dolduğu halda yerimir. Bəs buna səbəb nədir?
İməkləmək
İməkləməyi sevən və sürətli olan uşaqlar istədikləri şeyi iməkləyərək daha rahat əldə etdikləri üçün gec yeriməyə başlaya bilir.
Artıq çəki
Yaşı və boyuna görə çəkisi artıq olan uşaqlar yeriməkdə çətinlik çəkdiyi üçün yeriməyə gec başlayırlar. Uşağa gərəyindən artıq yemək yedizdirməmək lazımdır. Artıq çəki təkcə uşağın yeriməsinə deyil, başqa fiziki davranışlarına da təsir edir.
Qoruyucu valideynlər
Uşağını həddindən artıq qoruyan və daima qucağında saxlayan valideynlərin uşaqları qorxuya düşdüyü üçün gec yeriməyə başlayırlar. Belə valideyn davranışı uşağı başqa inkişaf sahələrində də geridə qoyur.
Motivasiya əskikliyi
Uşaqlar bacarıqlarını inkişaf etdirməsi üçün bir şeyləri əldə etməyə çaba göstərməlidirlər. Uşağa istədiyi əşyası gətirib önünə qoysanız, o zaman o hər şeyi asan əldə etdiyi üçün yeriməyə cəhd göstərməyəcəkdir.
Tibbi problemlər
Doğuşdan əvvəl, doğuş zamanı və sonrası əmələ gələn tibbi problemlər uşağın inkişafına təsir edə bilir. Əzələ xəstəlikləri, metabolik xəstəliklər, beyin iflici, infeksiya, prematür doğuş kimi səbəblər də uşaqların yeriməməsinə səbəb olur.
YERİMƏSİ ÜÇÜN NƏ ETMƏLİ
Əgər tibbi problemlər yoxdursa, uşağınızın yeriməsi üçün aşağıdakıları tətbiq edə bilərsiniz.
Uşağınızı yeriməyə təşviq etməlisiniz, əlindən tutaraq yeriməyə fürsət verin.
Ayaq əzələlərini gücləndirmək üçün uşağı çılpaq ayaqda və ya sürüşməyən corablarda saxlamaq lazımdır.
Qarşısına oyuncaq qoyun ki, yerimək üçün cəhd göstərsin.
Bezi və paltarları çox sıx olmamalıdır, bu uşağın hərəkət azadlığını azaltdığı üçün yeriməsini əngəlləyir.