Uşağınız yaşıdlarından ciddi şəkildə fərqlənirsə və üstünlük göstərirsə, çox aktiv, maraqlı və öyrənmək istəyi çoxdursa, sualları bitmirsə və cavablar onu məmnun etmirsə, fərqli bir dünyası varsa və fantastik xəyallar qurursa, uşağınız üstün zəkalı ola bilər! Bəs bu zaman nə etməliyik?
Rəngli və dinamik bir həyat sizi gözləyir!
Hər şeydən əvvəl zəkalı uşağınız haqqında məlumat sahibi olmalısınız. Bu mövzuda yazılmış kitablar, üstün zəkaya sahib olmaq nə deməkdir, bu uşaqların hissiyyatları və onlar haqqında edilən araşdırmalar, qurumlar və təşkilatlar, dərnəklər və s. kimi şeyləri bilmək lazımdır.
Başqalarına ehtiyac duymayan, öz işini özünə uyğun metodlarla həll edən, sizin belə ağlınıza gəlməyən həll yolları tapan bir uşağa sahibsiniz. Hər kəsin diqqət etdiyi, barmaqla göstərdiyi, məktəbdə ən çox tanınan uşağın valideynləri olmusunuz. Bunlar sizi qürurlandıra bilər.
Uşağınızla razılaşma yollarınızı seçin
Üstün zəkalı uşağa sahib olmaq hər zaman avantajlı olmur. Övladınızla danışıqlarınız bəzən anlaşmazlığa səbəb ola bilər. Əgər uşağınızdan nəsə etməsini istəyirsinizsə, bunun üçün istədiyiniz şeyə məntiqli açıqlamalar və səbəblər göstərməlisiniz. “Mən sənin ananam-atanam” kimi sözləri çox işlədirsinizsə, bunları dəyişdirməyiniz lazım gələcək. Çünki uşağınız da sizin avtoritar rejiminizə ortaq olmaq istəyəcək. Uşağınızdan bir şey etməsini istəyərkən müxtəlif alternativlər düşünməli və onları tətbiq etməlisiniz. Məsələn, “Dişlərini fırçala” əmri yerinə, “Sən niyə dişlərini fırçalamırsan?” sualına cavab almaq yerinə, birlikdə dişlərinizi fırçalamağı təklif edin. Uşağa bu kimi təkliflər etməklə həm öz istədiyinizi etdirmiş olacaqsınız, həm də övladınız qərarları özü verdiyi üçün məmnun olacaqdır.
Üstün zəkalı olduğunu hamı bilməməlidir
Uşağınızın üstün zəkaya sahib olması sadəcə bir neçə insanın bilməsi gərəklidir. Çünki bu uşağın psixologiyasına pis təsir edə bilər. Bunu hər yerdə demək, sizə xoş gəlsə də, uşağınızın düşüncə sağlamlığına zərər verə bilər. Uşağınızı onun ağlına görə təqdir etməyin, onun etdiyi şeylərə görə təqdir edin.
Yalnızlaşa bilərlər
Öz yaşıdlarından fərlqənməsi və problemlər yaşaması uşağınıza yalnızlığa gətirib çıxara bilər. Belə vəziyyətlərdə empatiya qura biləcəyi fəaliyyətlər etməsini təmin edərək öz dostlarını anyala biləcək duyğusal inkişafa sahib olmasına kömək edə bilərsiniz.
Onun da uşaq olduğunu unutmayın
Üstün zəkalı olmasına rəğmən onun hələ də uşaq olduğunu unutmamaq lazımdır. Onun həmişə yetkin və məntiqli, zəkalı oyunlar oynamaq kimi gözləntiləri olmamasını nəzərə almaq lazımdır. Hansı xüsusiyyətə malik olurlarsa-olsunlar bütün uşaqların ana qayğısına və şəfqətinə ehtiyacı vardır. Hər bir uşaq özəldir və hər biri özünü fərd kimi hiss etmək və hörmət görmək istəyər.
Məktəbdə öyrəndikləri onu məmnun etməyə bilər
Məktəbdə alacağı təhsil onu qane etməyə bilər. Bunun üçün ona daha maraqlı olan sahələrə yönləndirmək də lazım gələ bilər. Üzgüçülük, qaçış, futbol və s. kimi sahələrdə də uşağınıza dəstək olmalısınız. Özünə yeni hobbilər və məşğuliyyətlər qazanmağa təşviq edə bilərsiniz.
Mükəmməllik qayğısı
Uşağınızda ətraf mühitin və ya özünün yaratdığı mükəmməllik qayğısı yarana bilər. Bu kimi vəziyyətlərdə uşaq özünə xəta etmə haqqı tanımır. Uşağınızda belə bir qayğı yaranmasın deyə ona “Necə yəni edə bilmirsən? Niyə ən yüksək qiyməti almamısan?” tipli reaksiyalar verməməlisiniz. Uşağınız hər nə qədər ağıllı olursa, onun da səhv edə biləcəyini unutmamaq lazımdır. Əgər hansısa bir dərsində uğursuz olarsa, “gələn dəfə daha yaxşı edərsən” kimi sözlər deməyiniz övladınızı daha uğurlu və motivasiyalı edəcək, yenidən cəhd etmək şansı yaradacaqdır.