“Əmzik istifadəsi ilə bağlı nələri bilirik?

Əmzik istifadəsi ilə bağlı nələri bilirik?

Əmzik bir çox ana üçün uşaq ağladığında, narahat hiss etdiyində can qurtarandır. Ancaq istifadə edilən əmziyin uşağa olan ziyanları bitmək bilmir! Uşaqlar üçün bir müddətdən sonra asılılıq halına gələn əmzik onların ağız sağlamlığına və diş struktruna ziyan verə bilər. Bununla yanaşı, uşaq üçün çox faydalı və vacib olan ana südündən də uzaqlaşdıra bilər. Bəs əmziyi necə istifadə etməliyik ki, uşağımıza zərəri olmasın?
Barmaq əmən uşaqlar əmzik yeməlidir.
Hər bir uşaq həyat instiktləri ilə doğulur. Bu instiktlərdən biri də əmməkdir. Bu refleks uşağın qidalanması üçün çox önəmlidir və bəzi uşaqlarda çox zəif, bəzilərində isə qane edilməyəcək dərəcə çox güclü ola bilir. Bu instikt çox olan uşaqlar barmaqlarını əmməyə başlayırlar. Baş barmağının əmilməsinin qarşısını almaq üçün əmzik yaxşı bir alternativ ola bilər.
İlk ay əmzikdən istifadə etməyin!
Əmzik, ana ilə olan bağın düzgün qurulması üçün mümkün olan qədər istifadə edilməməlidir. Çünki əmzik ilə ananın döşü fərqli quruluşlara malikdir deyə, uşaq əmziyə öyrəşdikdən sonra ana südünü rədd edə bilər.
Diş çıxartmağa başladıqlarında kauçuk əmziklərdən istifadə edin.
Silikon əmziklər şəffaf və hamardır. Təmizlənməsi daha asan və yüksək temperatura dayanıqlıdır deyə rahat sterilizə edə bilirik. Kauçuk əmziklər isə dayanıqsızdır və asan sterilizə edilmir. (4 həftədən bir dəyişilməlidir) Kauçik əmziklər dişlərə daha dayanıqlı olur deyə, diş çıxartmağa başladığında onların istifadə edilməsi daha uyğun olur. Əmzik alarkən diqqət etməli olduğunuz şeylərdən biri də tərkibində bisfenol A maddəsinin olmamasıdır. Bütün əmziklər 2-3 ayda bir dəyişilməlidir. Əgər əmzik zədələnib və ya solğunlaşıbsa onu gecikdirmədən dəyişməlisiniz.
Uşağı sakitləşdirmək üçün əmzik vermək yerinə kürəyini masaj edin.
Əmzik uşaqlar üçün asılılıq yaradan bir şeydir. Asılığı təşviq edən davranışlardan uzaq qalmaq lazımdır. Uşaq hər narahat olduğunda əmzik vermək yerinə onun kürəyini astaca masaj edə bilərsiniz. Sakitləşdirici tonda sözlər və ya musiqi oxuyaraq da uşağın sakitləşməsini təmin edə bilərsiniz. Uşaq yatarkən əmzikdən əlavə yumşaq ədyal və ya yumuşaq oyuncaqlardan da istifadə edərək əmzik əvəzinə onlara öyrəşdirə bilərsiniz. Bu uşaqları əmzikdən kəsdikdən sonra yuxu problemlərin qarşısını almağa kömək edəcəkdir.
Əmziyi şəkərə, bala batırmayın.
Əmzik uşağa verilərkən heç vaxt şəkərə, bala, mürəbbəyə batırılmamalıdır. Bu, həm ağız-diş sağlamlığına ziyandır, həm də uşağın əmziyi qidalanma mənbəyi olaraq görməsinə səbəb olacaqdır. Əmzik haqqında bildiyimiz bir infeksiya yoxdur, lakin bəzi mənbələrdə orta qulaq infeksiyasına səbəb olduğu bildirilir. Əgər uşağınız uzanaraq bəslənmməyi buraxıbsa, əmzikdən də uzaqlaşdırılmalıdır.
Əmziyi tərgitmək üçün
Əmzik uşağın hərəkət qabiliyyətinin artdığı və oyunlar oynaya bildiyi 1 yaş civarında tərgidilməlidir. Bunun üçün uşağı birdən-birə və zorla əmzikdən kəsmək çətinliklərə səbəb ola bilər. Uşağınızın az stress yaşadığı dövrdə bunu öyrəşdirərək etməyiniz daha məqsədə uyğundur. Uşaqlar stress keçirdiklərində əmziyə daha çox ehtiyac duyurlar (bacı-qardaş doğuşu, bağçaya başlamaq, ev dəyişikliyi kimi səbəblər uşaqları stressə salır).


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!