İştahsızlığın uşaqların böyüməsinə və inkişafına təsir etməməsi üçün diqqət etməli olduğumuz şeylər:
1. Gün ərzində ən çox hansı qidanı yediyini kəşf edin. Xüsusilə proteinli süd, qatıq və ət kimi doyurucu qidaları gərəyindən artıq yeməsi uşağın iştahsızlığına səbəb olur. Belə hallarda bu qidanın miqdarını azaldaraq və ya ana yeməklərdən çıxararaq böyüməsi üçün lazım olan digər qidalara qarşı da iştahının olmasını təmin edə bilərsiniz.
2. Yemək yeyərkən maye qəbul etməməlidir. Xüsusilə şorba ilə yeməyə başlamaq və yemək zamanı turşu, ayran, qatıq, su kimi qidaların doyma hissi yaratdığını unutmayın.
3. Yemək qablarını və porsiyaları kiçildin. Çox böyük, dolu qablar, böyük çəngəl və qaşıqla servis edilən yeməklər uşaqlarda iştahsızlığıa gətiri çıxarır. Uşaqlara uyğun olan qablar və onların mədəsinə uyğun olaraq yemək porsiyaları servis etmək onların iştahını açacaqdır.
4. Yeməklərin tərkibini zənginləşdirin. Əgər bundan əvvəl etdikləriniz işə yaramadısa, o zaman uşağınızın yediyi qidaları zənginləşdirin ki, iştahsızlıq onun böyüməsinə təsir etməsin.