“7 addımda mükəmməl bir dəriyə sahib olun!

7 addımda mükəmməl bir dəriyə sahib olun!

Mövsüm dəyişikliklərində dərimizə daha çox diqqət göstərməliyik. 7 addımlıq gözəllik planı ilə siz də mükəmməl bir dəriyə sahib ola bilərsiniz.

Fəsillər dəyişərkən dərimizdə də bəzi dəyişikliklərə hazır olmalıyıq. Havaların dəyişməsi ilə özünü göstərən quruluq, qabıqlanma, sızanaq və günəş ləkələriylə mübarizə aparmaq lazım gəlir. Məsləhət gördüyümüz 7 addımlıq plan sayəsində dərinizi yeniləyib, gözəl bir başlanğıc edə bilərsiniz.

1. Bir dermatoloq ilə məsləhətləşin.

Çox bəsit bir üsul kimi görünə bilər, ancaq öz alacağınız qərarlar dərinizə fayda gətirmək yerinə, daha böyük zərərlər verə bilir. Bir mütəxəssislə məsləhətləşmək işinizi asanlaşdıra bilər, sizə ən dəqiq və təsirli həlli kosmetoloq məsləhət görəcəkdir.

2. Siyirmələrinizi nəzərdən keçirin.

Dəriyə qulluq planınızı və istifadə etdiyiniz məhsulları ətraflı şəkildə nəzərdən keçirib, dəyərləndirin. Son dövrlərdə ürəyinizi sıxan sızanaq və ya dəri həssaslığının səbəbi kosmetik vasitələrdəki allergiya yaradan, qıcıqlandırıcı maddələr ola bilər. Zərərsiz olduğuna əmin olmadığınız məhsullardan istifadə etməyin.

3. Sızanaqlara diqqətli yanaşın.

Sızanaqlarla mübarizə aparmaq çətin ola bilər. Bəlkə də, mübarizəni asanlaşdırmaq üçün üsullarınızı dəyişdirməyin əsl vaxtıdır.  Üzünüzü sərt skrabla deyil, incə təmizləmə südü ilə təmizləyin. Müalicəvi məhsulları təlimat vərəqələrində yazılanlara uyğun şəkildə istifadə edin.

4. Nəmləndirməyi unutmayın.

Mövsüm dəyişikliklərində dəriniz problem yaratmağa meyilli ola bilər. Bunun tək səbəbi quruluq deyil. Əksinə, yağ ifrazında artma da ola bilər. Bu, əlbəttə yağlı dərilərin nəmləndirilməyə ehtiyacı olmadığı mənasına gəlmir.

5. Əlinizi üzünüzdən çəkin.

Gün ərzində əlimizdə toplanmış bakteriyaları üzümüzə vursaq, əlbəttə, sızanaq ilə mübarizə apara bilmərik.

6. Elektron alətlərinizi təmizləyin.

Telefon kimi çox mikrob daşıyan alətlər üzünüzlə birbaşa təmas etdiyi üçün tez-tez silinməlidir.

7. Yastıq üzünüzü həftədə bir dəfə dəyişdirin.

Yastığınızda olan bakteriyalar səhərlər üzünüzdə birdən-birə çıxan sızanaqların səbəbi ola bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar