Tər iyini aradan qaldıran və əmələ gəlməsinin qarşısını alan, təbii məhsullardan ibarət, evdə hazırlayacağınız bu kremlə həm dərinizi qoyura, həm də pis qoxudan azad ola bilərsiniz.
Bunun üçün lazım olan məmulatlar:
6-8 yemək qaşığı qatı kokos yağı
¼ stəkan qarğıdalı nişastası
¼ stəkan karbonat
İstəyə bağlı olaraq esesial yağ (başqa təbii aromalı yağlardan da istifadə edə bilərsiniz)
Doldurmaq üçün qab
Hazırlanması:
Karbonat və qarğıdalı nişastasını qarışdırın. Ardınca kokos yağı əlavə edərək qarışdırın. Daha sonra istədiyiniz yağı əlavə edərək qaba doldurun. Bu köhnə dezodorant qabı da ola bilər. Artıq istifadəyə hazırdır!